Harri Keyn “Qızıl top”un qalibi oldu
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bavariya” və İngiltərə milli komandasının hücumçusu Harri Keyn futbolda ilin ən nüfuzlu fərdi mükafatı sayılan “Qızıl top”-2026 mükafatının qalibi olub.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı təcrübəli forvard futbol dünyasının ən böyük ulduzlarını geridə qoyaraq dünyanın ən yaxşı futbolçusu seçilib. Beləliklə, Keyn son 30 ildə bu ali mükafata layiq görülən ilk Bundesliqa təmsilçisi kimi tarixə düşüb. Sonuncu dəfə Almaniya çempionatından “Qızıl top”u 1996-cı ildə “Borussiya”nın (Dortmund) heyətində göstərdiyi oyunla Matias Zammer qazanmışdı.
Ötən mövsüm həm “Bavariya”, həm də İngiltərə millisinin möhtəşəm təsir bağışlayan forvard ümumilikdə 73 qola imza atıb. Harri Keynin göstərdiyi məhsuldarlıq Lionel Messinin 2011/12 mövsümündən sonra Avropa futbolu tarixində bir mövsüm ərzində vurulan ən çox qol göstəricisi kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Oktyabr 2026 02:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















