Icma.az
close
up
RU
2025ci ildə bu filmləri izləyə biləcəyik SİYAHI

2025ci ildə bu filmləri izləyə biləcəyik SİYAHI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və fərqli janrda filmlər təqdim ediləcək. 

Modern.az xarici mediaya istinadən həmin filmlərini bəzilərini təqdim edir.

Bu gündən - 3 yanvar tarixindən kinoteatrlarda nümayiş olunan “Nosferatu” filmi: Bram Stokerin 1897-ci ildə yazdığı "Drakula" romanı əsasında 1922-ci ildə lentə alınan səssiz filmi yenidən şərh edilib, ekran işində vampirlərin qaranlıq dünyası təsvir edilir. Əsasən qorxu filmləri ilə tanınan rejissor Robert Eqqersin bu ekran işinin baş rolları Lily-Rose Depp, Nikolas Holt, Uilem Dafoe və Bill Skarsgard canlandırır.

Elmi fantastika və qara komediya janrında çəkilən, Oskar mükafatlı rejissor Bong Joon-Honun “Mickey 17” filmi də bu ilin gözlənilən ekran işləri sırasındadır. Kinoda planetlər və ulduzlararası səyahətlərdən, həmçinin bu səyahətlərin qəhrəmanlarından bəhs edilir. Baş rolu Robert Pattinsonun canlandırdığı ekran işi 18 apreldə kinosevərlərin görüşünə gələcək.

Colson Uaythedinin eyniadlı romanı əsasında eranlaşdırılan “Nikel Boys” filmi də bu il yayımlanacaq ekran əsərlərindəndir. Film Dozier Məktəbinin tarixindən, məktəb kollektivinin şagirdlərə qarşı necə qəddar davranmasından və qaradərili bir yeniyetmənin irqçiliyə qarşı mübarizəsindən bəhs edir. Rejissor Ramell Rossun lentə aldığı filmin buraxılış tarixi hələki müəyyən edilməyib.

Venesiya Film Festivalında premyerası olan “Babygirl” filmi də bu il kinoteatrları bəzəyəcək. Ekran işi Romi Harris Dikinsonun ifa etdiyi böyük bir şirkətin baş direktoru olan Samuel ilə Nikol Kidmanın canlandırdığı təcrübəçi arasında olan qeyri-qanuni münasibətdən, ailə həyatı və kariyerasını təhlükəyə atmasından bəhs edir. Nikol Kidmanın cəsarətli oyunu ilə tanınan ekran işində Ester Rouz Makqreqor da rol alır. Film 24 yanvar tarixində yayımlanacaq.

Feysbukun qurucusu Mark Zukerberq və onun dostlarının hekayəsindən bəhs edən "The Social Network" filminin davamı olan yeni ekran işi də bu il kinoteatrlarda izləyə biləcəyiniz filmlər sırasındadır. "Real Pain" adlı filmdə Cessi Eyzenberq və Endryu Qarfild nənələri üçün Polşaya səyahətə gedən iki əmi oğlunu canlandırırlar. 28 fevralda izəyə biləcəyiniz filmin prodüserləri arasında aktrisa Emma Stoun da var.

Məşhur amerikalı musiqiçi Bob Dilanın həyatından bəhs edən “A Complete Unknown” filmi isə 7 fevralda filmsevərlərin görüşünə gələcək. Ekran işində baş rolu Timati Çalamet canlandırır. Monika Barbaro isə musiqiçi Joan Baez rolunda çıxış edir.

Bu il Kann Film Festivalında premyerası keçirilən və münsiflər heyətinin xüsusi mükafatını alan “The Seed of the Sacred Fig” filminin yayımlanmasına isə sayılı günlər qalır.  Ekran işi İranda gender bərabərsizliyi və din vasitəsilə qadınlara qarşı zülmdən bəhs edir. Etirazlara dəstək verdiyinə görə həbs və şallaq cəzasına məhkum edilən rejissor Məhəmməd Rəsulof filmi gizli şəkildə lentə alaraq İrandan qaçıb. Böyük maraq doğuran ekran işini 10 yanvar tarixində kinoteatrlarda izləyə biləcəksiniz… 

Danny Boylinin  eyniadlı ekran işinin davamı olan “28 Years Later” filmi də yenidən nümayiş olunacaq. Aaron Taylor-Conson və Ralf Finnesin rol aldığı, 20 iyunda yayılanacaq ekran işi zombi hücumlarından sağ qalmağa çalışan insanların həyatından bəhs edir. 

Bu ilin səbrsizliklə gözlənilən ekran işlərindən biri də illərdir sevərək izlənilən “Mission: Impossible” filminin “-The Final Reckoning” final bölümüdür.  Ssenari müəllifi Erik Jendresen, rejissoru Kristofer MakQuari olan ekran işinin baş rolu agent  Ethan Hant rolunu isə aktyor Tom Kruz canlandırır. 23 may tarixində son bölümü ilə film böyük ekranlarda izləmək mümkün olacaq.

Formula 1 pilotu Lyuis Həmiltonun prodüserlər arasında yer aldığı F1 filmində isə Bred Pitt və Xavyer Bardem baş rolda çıxış edir. Film iyun ayında nümayiş olunacaq.

İl ərzində gözlənilən super qəhrəman filmləri arasında "Kapitan Amerika: Cəsur Yeni Dünya", "Supermen", "Fantastik Dördlük: İlk Addımlar" var.

Fidan Eldarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:573
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri