Rusiya ilə əlaqələri olan təxribatçı şəbəkə ifşa edildi
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Rumıniya Kəşfiyyat Xidməti (RSI) silah fabrikinin yandırılmasında iştirak edən təxribat şəbəkəsinin ifşa edildiyini açıqlayıb.
RSI şəbəkənin Rusiya tərəfindən koordinasiya edildiyini bəyan edib.
Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) istintaq çərçivəsində Almaniyada iki belaruslunun saxlanıldığını, Polşada isə Ukrayna vətəndaşı olan digər şübhəlinin tapıldığını bildirir. RSI hesabatında iddia edilir ki, təxribatçılar 14 sentyabr 2026-cı ildə Braşov sənaye zonasında Romarm silah şirkətinin filialına edilən yanğında iştirak ediblər.
İstintaq Aİ ölkələrində yaşayan keçmiş Sovet respublikalarından olan bir sıra vətəndaşların təxribatda iştirakını təsdiqləyib.
Rumıniya kəşfiyyat xidməti ölkədə beynəlxalq hərbi komplekslərə, o cümlədən Ukrayna silahlı qüvvələrinin təlim mərkəzlərinə yönəlmiş cəhdlərin qarşısının alındığını açıqlayıb.
////teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Oktyabr 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















