Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 9 yanvar , AZƏRTAC
"Əvvəl də demişdim ki, rəhbərliyin qərarından asılı olmayaraq, fikrimi komandadakı işimə yönəldəcəyəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sumqayıt"la müqavilə müddətini uzadan baş məşqçi Vaqif Cavadov deyib.
O bildirib ki, hər iki tərəfi qane edən şərtlərlə razılıq əldə olunub: "Bundan sonra da hamımızın məqsədi "Sumqayıt"ı yuxarı yerlərə qaldırmaqdır. Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Əsas komandaya gəldiyim gündən rəhbərlik və azarkeşlər mənə dəstək oldular. Məhz onların sayəsində müsbət nəticələr qazandıq".
Xatırladaq ki, "Sumqayıt" Vaqif Cavadovla 2.5 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, birinci dövrədə 20 xal toplayan "kimyaçılar" qış fasiləsinə 6-cı pillədə yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 09 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















