Icma.az
close
up
RU
2025ci ildə Zəngəzur dəhlizi açılacaq?

2025ci ildə Zəngəzur dəhlizi açılacaq?

Icma.az, Modern.az saytına istinadən bildirir.

2024-cü il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bir sıra irəliləyişlər qeydə alınıb. Rəsmi açıqlamaya görə, sülh sazişi layihəsi 17 maddə və preambuladan ibarətdir. Sözügedən maddələrin sadəcə 2-si üzrə razılıq əldə edilməyib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininn üzvü Elman Nəsirov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu il imzalanmayacağını indidən proqnozlaşdırmaq olar:

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2024-cü ildə də imzalanmadı. İndidən bu proqnozu vermək olar. Baxmayaraq ki, Ermənistan hakimiyyəti tez-tez 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyindən danışırdı. Əlbəttə, bu, mümkündür. Lakin gərək Ermənistan destruktiv mövqeyindən əl çəksin. Ermənistanın xarici işlər naziri sülh sülh sazişinin 17 bəndindən 15-i üzrə razılıq var. Söhbət 90 faiz razılaşmadan gedir. Ancaq Ermənistan bunu desə də, digər yandan ATƏT-in Minsk qrupunun buraxılmasının əleyhinə çıxır. Bununla Ermənistan nə demək istəyir? Yəni həllini gözləyən 10 faiz məsələni ATƏT-in Minsk qrupunun üzərinə qoymaq istəyir?  O Minsk qrupuna ki, 30 il ərzində heç bir fəaliyyət göstərməyib. Əksinə Minsk qrupunun əsas vəzifəsi münaqişəni dondurmaq idi. Münaqişə artıq bitib, deməli, siyasi səhnəni ATƏT-in Minsk qrupu tərk etməlidir. Amma rəsmi İrəvan onun saxlanılmasında israrlıdır.  Görünür, Ermənistana həmişə Azərbaycanla həllini tapmayan məsələlər lazımdır".

E.Nəsirov 2025-ci ildə Zəngəzur dəhlizinin açılıb-açılmayacağı ilə bağlı isə bunları deyib:

"Hazırda həllini tapmayan əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Bu, Ermənistan konstitusiyasında öz əksini tapıb. Ermənistan konstitusiyasında dəyişiklik baş verməlidir. Eyni zamanda Ermənistan 10 noyabrda imzalanan üçtərəfli bəyanatla Zəngəzur dəhlizinin açılması ilə əlaqədar öhdəlik götürüb. Üçtərəfli sənədin üzərindən 4 il keçsə də, bunu icra etmir. Ona görə də sülh müqaviləsi imzalana bilmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bizə yarımçıq sülh lazım deyil. Bizim üçün sülh müqaviləsinin bütün maddələri eyni qüvvəyə malikdir. Bizə təkmil, yəni kamil sülh lazımdır. Bu baş tutmazsa, bütün məsuliyyət Ermənistanın üzərindədir. Azərbaycan öz ərazi bütövlüyün tam və əbədi olaraq təmin edib. Ermənistan öz aqressiv siyasəti nəticəsində blokada şəraitindədir. Qoy, bunun dərdini Ermənistan çəksin". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri