Icma.az
close
up
RU
2025ci ildə Zəngəzur dəhlizi AKTUAL MÖVZU olacaq

2025ci ildə Zəngəzur dəhlizi AKTUAL MÖVZU olacaq

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Rusiya qazının Ukraynadan keçən boru kəmərləri vasitəsilə Avropaya nəqli dayandırılıb. Avropa Komissiyası Avropa İttifaqının buna hazırlaşdığını bildirib.

"Avropanın qaz infrastrukturu qeyri-rus mənşəli qazı təmin etmək üçün kifayət qədər çevikdir. 2022-ci ildən bəri əhəmiyyətli yeni LNG (mayeləşdirilmiş təbii qaz) idxal imkanları ilə gücləndirilib", - Komissiyanın sözçüsü bildirib.

Modern.az-ın məlumatına görə, siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, qaz nəqlinin dayandırılmasına səbəb Ukrayna ilə Rusiya arasındakı qaz müzakirələrin uğursuzluqla nəticələnməsi olub.

"Bunun nəticəsində Slovakiya, Çexiya və Moldovaya verilen Rusiya qazı tamamilə kəsildi, Avstriyaya gedən Rus qazı 3 dəfə, İtaliyaya gedən Rusiya qazı isə 2,5 dəfə azalıb. Bütün bu ölkələrin qaz istehlakında Rusiya qazı çox ciddi, bəzilərində 90-100 faiz paya malikdir", - eksper qeyd edib.

Nazim Cəfərsoy bu hadisəni Avropa və Rusiya üçün "pis xəbər" adlandırıb.

"Avropa soyuq qışda ya donacaq, ya da başda ABŞ olmaqla digər qaz sahələrindən baha qiymətə qaz satın alma prosesini artıraraq davam edəcək. Təbii ki, bunun Avropa iqtisadi maliyyəti və dünya bazarlarındaki rəqabət gücündəki ciddi təsirləri də olacaq. Rusiyanın da bu işdən illik 5 milyard dollar zərər görəcəyi düşünülür.

Azərbaycan, Türkiyə və Avropaya qaz satan Türküstan dövlətləri isə bu işdən qazanclı çıxacaq kimi görünür. Əvvəla, həm qazın qiyməti, həm Avropaya satılan qazın miqdarı, həm də tranzit xətlərin strateji önəmi artacaq. İkincisi, Rusiya da öz qazın daha əvvəlki və yəqin ki yeni razılaşmalar çərçivəsində Azərbaycana və Türkiyəyə satacaq, beləcə Azərbaycanda rus qazının daxili istehlakdakı nisbəti artacaq. Bu da Azərbaycanın Avropaya sata biləcəyi qaz miqdarını artırmağa xidmət edəcək. Türkiyədə isə Putinin təklif etdiyi qaz mərkəzi olmaq təklifi daha aktuallaşa bilər", - o qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, bu çərçivədə Azərbaycanın, Türkiyənin və Türk dünyasının qlobal tarazlıqlardakı strateji önəmi artacaq:

"Ukrayna üzərindən Rusiya qazının kəsilməsi Zəngəzur dəhlizinin açılmasını da həm Avropa, həm Rusiya üçün, həm də Ermənistan üçün müxtəlif motivlərlə daha da strateji hala gətirəcək. 2025-ci ildə biz həm də ən az Bakı-Ceyhan neft kəməri və TANAP qaz kəməri ölçülərində Zəngəzur neft və qaz kəmərlərinin də aktuallaşacağını görəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri