Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın prezidenti: “Komandamız Avropada futzalın bir markasıdır”

“Araz Naxçıvan”ın prezidenti: “Komandamız Avropada futzalın bir markasıdır”

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan” istənilən turnirdə və yarışda iştirak edərkən qarşısına həmişə bir məqsəd qoyub: qalib gəlmək. Bu gün də hədəfimiz eynidir”.

Bunu “Araz-Naxçıvan” futzal klubunun yeni prezidenti Mahmud Sadıqov komandanın Çempionlar Liqasındakı hədəfləri barədə danışarkən deyib.

Komandanın hazırda turnirin keçiriləcəyi Polşanın Qlivitse şəhərində olduğunu qeyd edən Mahmud Sadıqov bildirib.

“Araz-Naxçıvan” Avropada futzalın bir markasıdır. Biz də rəhbərlik, oyunçu və məşqçi heyəti olaraq, bu markanı yüksək tutmağa çalışmışıq və bu gün də həmin ənənəni davam etdiririk. Çalışacağıq ki, burada rəqiblərimizə layiqincə müqavimət göstərək”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Klub prezidenti ötən illə müqayisədə komandanın heyətində dəyişikliklərin olduğunu diqqətə çatdırıb:

“Bəli, həqiqət budur ki, keçənilki heyətimizlə builki arasında fərq var. Keçən il altı legionerlə çıxış edirdiksə, bu gün onların sayı azdır və sırf milli komandanın oyunçularından ibarət bir kollektiv var. Rəqiblərə qarşı tam gücünü ortaya qoyacaq bir əhvali-ruhiyyədəyik”.

M.Sadıqov rəqiblər barədə də fikirlərini bölüşüb. O, ilkin mərhələdən gələn Bosniya və Macarıstan çempionlarını qeyd edərək, əsas rəqibin Polşanın “Piast” komandası olacağını bildirib:

“Güman edirəm ki, hər ikisi bizim düşüncəmizə görədir. Əsas rəqibimiz yerli komanda olacaq. Onların heyətində yaxşı oyunçular cəmləşib, bildiyim qədər bir neçə legioner də var”.

Funksioner rəqiblərdən çəkinmədiklərini vurğulayaraq əlavə edib:

“Onlar bizi qorxutmur. “Araz-Naxçıvan” meydana çıxıb oyunu oynayana qədər heç kimdən qorxmayıb, bugünkü gündə də heç kimdən qorxmuruq. Öz əzmkarlığımızla, əməyimizlə gəlib bu nöqtəyə çıxmışıq. Ümid edirəm ki, burada da layiqincə çıxış edib Vətənə sevincli xəbərlərlə dönəcəyik”.

Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri