2026 cı ildə Ermənistanda keçiriləcək Konstitusiya referendumu ilə razılaşmanın yekun imzalanması gözlənilir
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin istifadəsinə dair razılaşma imzalanıb. Bu, Azərbaycanın tarixi qələbəsi hesab olunur. O qələbə ki, 100 ildən sonra itirilmiş ərazi üzərində suverenliyimiz bərpa olunur".
Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı bildirdi.
Onun sözlərinə görə, Vaşinqton görüşündə həmçinin sülh müqaviləsinin mətni razılaşdırıldı, bu da mühüm diplomatik addımdır.
"2026-cı ildə Ermənistanda keçiriləcək Konstitusiya referendumu ilə razılaşmanın yekun imzalanması gözlənilir. Bütün bu uğurlar Prezident İlham Əliyevin müharibədə qazandığı zəfəri diplomatiyada da davam etdirərək regionda və beynəlxalq siyasətdə yeni reallıqlar yaratmasının göstəricisidir", - deyə Gəncəliyev vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















