KİV: Trampa ABŞ ın İrana mümkün zərbələri ilə bağlı yeni variantlar təqdim olunacaq
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton administrasiyasının əməkdaşları bu həftə ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi gücdən mümkün istifadə ilə bağlı yeni təkliflər təqdim edəcək.
APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ayın əvvəlində Tramp İranda baş verən etirazlar fonunda ölkə ərazisinə zərbələr endirilməsi barədə göstəriş verməyə yaxın olub. Lakin o, qərarı təxirə salaraq eyni zamanda regiona əlavə hərbi qüvvələr göndərib.
Portalın yazdığına görə, Ağ Evin əməkdaşları İrana zərbələrin endirilməsi variantının hələ də gündəmdə olduğunu bildirir, baxmayaraq ki, İranda etirazların böyük hissəsi yatırılıb. Mənbələr qeyd edir ki, Tramp hələlik yekun qərar qəbul etməyib.
"Axios"un məlumatına görə, ABŞ prezidenti bu həftə ərzində əlavə məsləhətləşmələr aparacaq və ona hərbi gücdən istifadə ilə bağlı əlavə variantlar təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 Yanvar 2026 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















