Icma.az
close
up
RU
2026 cı ildə ev almaq istəyənlərə mühüm xəbər Qiymətlər belə olacaq

2026 cı ildə ev almaq istəyənlərə mühüm xəbər Qiymətlər belə olacaq

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər ictimaiyyətdə müzakirələrə səbəb olan mövzulardan biri mənzil bazarıdır. Əksəriyyət düşünür ki, 2026-cı ildə həm kirayə, həm də satış bazarında mənzil qiymətləri kəskin ucuzlaşacaq. Əmlak sektorunda hələ də aktiv olan tələbat, faiz dərəcələri və iqtisadi göstəricilər bu sahədə maraqlı vəziyyət yaradır.

Mənzil qiymətində eniş gözlənilirmi?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, son beş ildə bazarda hər il təxminən 10% artım müşahidə olunur və qiymət enişi barədə iddialar əsassızdır:

“Mənzil bazarının böyük hissəsi İpoteka və Kredit Zəmanət Fondunun payına düşür. Yəni müştərilər mənzilləri güzəştli şərtlərlə əldə edir, nağd satış isə çox azdır. Buna görə də qiymətin enməsindən danışmaq mümkün deyil. 2026-cı ilin yaz ayına qədər bazarda müəyyən müddət durğunluq ola bilər, lakin bu, uzunmüddətli eniş anlamına gəlmir”.

Mülkədar Rüstəmov

Ekspert bildirib ki, satış bazasında ipotekaya yararlı, 1980-ci illərdən sonra istifadəyə verilmiş mənzillər azdır:

“Bu, müştərilərin mənzil tapmaqda çətinlik çəkməsi ilə nəticələnir. Nağd müştərilər isə evləri plana düşmüş vətəndaşlardır. Yazdan sonra xüsusilə fərdi evlərdə və şəhərin mərkəzi ilə mərkəzə yaxın ərazilərdə qiymət artımı 15%-i keçə bilər. Bu zonalar hər il aktual qalır və qiymət artımı burada daha çox hiss olunur. Yeni ildən bir sıra çoxmərtəbəli yaşayış kompleksləri istifadəyə veriləcək və çıxarışlar təqdim olunacaq ki, bu da bazarı daha da aktivləşdirəcək. Kirayə mənzil bazarında isə yeni qaydalar, o cümlədən sığorta və vergi tələbləri tətbiq ediləcək. Qiymət endirimləri ilə bağlı ciddi dəyişiklik gözlənilmir”.

Mülkədar Rüstəmov qeyd edib ki, əvvəl ilkin kredit payı 100 min manat idisə, artıq 150-200 min manata qədər yüksəldilib:

“Bu, mənzillərin qiymət artımını təsdiqləyir. Dövlət özü də qiymət artımını dəstəkləyir. Yeni limitlər sayəsində bəzi müştərilər daha əlverişli şərtlərlə mənzil əldə edəcək, ilkin ödəniş 20-30%, kredit müddəti isə 20 ilə qədər olacaq. Torpaq bazarına gəldikdə, Masazır, Xırdalan, Məhəmmədi qəsəbələrində vətəndaşlar artıq fərdi torpaq alaraq öz evlərini tikməyə üstünlük verirlər. Bu trend son bir ildə daha da artıb. Artıq insanlar ev alarkən hazır mənzillərə yox, fərdi tikinti imkanlarına yönəlirlər”.

Ekspert vurğulayıb ki, qiymətlərin enməsi yalnız İpoteka Fondu fəaliyyətini dayandırarsa mümkün ola bilər:

“Bazarın 70-80%-i İpoteka Fondunun müştərilərindən ibarətdir. Əgər fond fəaliyyəti dayandırsa, qısa müddətdə bəzi mənzillərin qiymətində endirim ola bilər, amma bu da müvəqqəti və lokal xarakter daşıyacaq. Son beş ildə belə bir tendensiya müşahidə olunmayıb. Statistikaya görə, bazarda ciddi böhranlar 2007, 2011 və 2015-ci illərdə olub, lakin 2017-2018-ci ildən etibarən bazarda artan dinamika davam edir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri