Icma.az
close
up
RU
Ev almaq istəyənlərə pis xəbər: Qiymətlər düşməyəcək!

Ev almaq istəyənlərə pis xəbər: Qiymətlər düşməyəcək!

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tikinti materiallarının qiymətində dəyişikliklərin daşınmaz əmlak bazarına təsiri tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu sahədə mümkün ucuzlaşmalarla bağlı suallar daha da aktuallaşıb. Amma ev qiymətlərinin formalaşması yalnız tikinti materiallarından asılı deyil, daha geniş iqtisadi amillərin təsiri altında müəyyən olunur. Bu baxımdan, Bakıda yaxın müddətdə mənzil qiymətlərində ucuzlaşma ehtimalı və ümumi bazar tendensiyası xüsusi maraq doğurur.

“Yeni Sabah” xəbər verir ki, nəsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti materialları ucuzlaşsa belə, evlərin qiymətinə təsir etmir:

"Tikinti materiallarının qiyməti evlərin maya dəyərinin formalaşmasında rol oynayan amillərdən biridir və onun qiymətinə təsir edən bir neçə faktorun içində yer alır. Əsas məsələ investisiya cəlbediciliyidir, işçi qüvvəsinin əməkhaqqısı, kredit faizləri, makroiqtisadi göstəricilərdir. Bundan əlavə, Azərbaycanda, xüsusilə Bakı şəhərində davam edən urbanizasiya da mühüm amildir. Daxili miqrasiya və urbanizasiya nəticəsində əhali axını güclüdür. Bu da mənzil bazarına tələbi artırır. pizza sifarişi

Ev tikmək və satmaq hazırda biznesin bir sahəsidir və bütün bu amillər maya dəyərinin azalmasına imkan vermir. Eyni zamanda, investisiya cəlbediciliyinin yüksək olması da bazarda qiymətlərin ucuzlaşmasının qarşısını alır. Nəticədə bazara çıxarılan evlərin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur".

Ekspert deyib ki, bu tendensiyanın uzun müddət davam edəcəyi ehtimal olunur:

"Sadəcə olaraq, qiymət artımının tempi yavaşlaya bilər və ya müəyyən dövrlərdə sabitlik yarana bilər. Amma ümumi mənzərə baxımından kəskin ucuzlaşma gözlənilmir. Fərdi yaşayış evlərində isə yalnız lokal amillər, məsələn, torpaq sürüşməsi, subasma və digər risklər olduqda müəyyən ucuzlaşma baş verə bilər. Amma ümumi bazar üzrə evlərin qiymətinin düşməsi real görünmür. Tələbat yüksəkdir, hər il tikilən evlərin sayı isə tələb olunan səviyyədən aşağı qalır. İnflyasiya da maya dəyərinə birbaşa təsir edir. Məsələn, əvvəllər bir işi 4 manata görən fəhlə indi 10 manata görür. Eyni zamanda tikinti şirkətləri də inflyasiya və pulun alıcılıq qabiliyyətinə uyğun olaraq daha yüksək gəlir gözləntisində olurlar.

Bu baxımdan, ev qiymətlərində ucuzlaşma ehtimalı demək olar ki, yoxdur. Daha çox artım tempinin zəifləməsi və ya qiymətlərin müəyyən dövrlərdə sabit qalması mümkündür. Yalnız ciddi və gözlənilməz iqtisadi və ya təbii kataklizmlər baş verərsə, bu dinamika dəyişə bilər.

Hazırkı stabil makroiqtisadi şərait davam edərsə, mənzillərin qiymətində uzunmüddətli artım tendensiyası qalacaq. Xüsusilə də mənzillərə tələbatın daha yüksək olması bu prosesi gücləndirir", - deyə o qeyd edib.

Yəni, ölkədə tikinti materiallarının qiyməti aşağı düşsə belə, fəhlə pulu, yüksək tələbat, Bakıya axın və inflyasiya kimi səbəblərdən evlərin ucuzlaşması gözlənilmir, əksinə qiymətlər artmağa davam edəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri