Icma.az
close
up
RU
“Qızıl 2026 cı ildə də etibarlı investisiya aləti olaraq qalacaq” İQTİSADÇI ŞƏRH ETDİ

“Qızıl 2026 cı ildə də etibarlı investisiya aləti olaraq qalacaq” İQTİSADÇI ŞƏRH ETDİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar iqtisadi vəziyyətdəki dəyişikliklər insanları daha sabit sərmayə alətlərinə yönəldir.

Qızıl isə ənənəvi olaraq etibarlı və dayanıqlı sərmayə hesab olunur.

Maraqlıdır, 2026-cı ildə sərmayəni qızıla yönəltmək nə dərəcədə məntiqlidir?

Gununsesi.info xəbər verir ki,  iqtisadçı Eldəniz Əmirov mövzunu belə şərh edib:

“Bu il qızıl sıçrayışla təxminən 4 380 dollara qədər yüksəldi, amma sonra artım dayandı və cüzi geri addımlasa da ciddi eniş baş vermədi. Bunun səbəbi qızılın bahalaşmasını dəstəklyən fundamental faktorların hələ də qüvvədə qalmasıdır. Ona görə də qızıl nə kəskin geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. O “yatır”, amma “yuxulamayıb” və növbəti mərhələni gözləyir.

Bu vəziyyəti belə təsvir edək. Təsəvvür edin, minalar qurulub, amma yeni qurulan minalar hələ partlamayıb.

İndi isə bu minaların nələr olmasına baxaq:

Çin-ABŞ rəqabəti günü gündən kəskinləşir.

Çin və ABŞ-ın Venesuela üzərində təsir savaşı və bu ölkəyə müdaxilə ehtimalı qalır.

Qlobal borc böhranı riskləri artır.

Mərkəzi bankların, xüsusilə Çin, Türkiyənin, Rusiyanın, Hindistan və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı davam edir”.

Eldəniz Əmirov qeyd edib ki, dolların qlobal dəyər itirmə riski artır və onun dünya rezerv valyutası kimi rolu zəifləyir:

“İtaliyanın Avropa Mərkəzi Bankından öz qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edir. Bu isə Avropada qızıl siyasətinin dəyişməsinə işarədir.

Deməli, qızılı bu səviyyələrə qaldıran səbəb minaların partlaması yox, onların bir-birinə yaxın məsafədə qurulması idi. Yəni risklərin artması artıq qiymətə daxil oliub. Yaxın Şərqdə baş verənlər və Rusiya-Ukrayna müharibəsi isə minaların qurulmasına şərait yaradaraq qızılın hazırkı qiymətində tam əks olunub.

2026-cı ildə bu minalar zərərsizləşdirilsə qızılda müəyyən eniş ola bilər. Amma heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm.

Yox, əgər bu minalardan biri belə partlasa qızıl sürətlə arta bilər. Artımın hara qədər davam etməsi isə hansı minanın və ya hansı minaların partlamasından asılıdır”.

İqtisadçı əlavə edib ki, qızıl bu gün gözləmə mərhələsindədir.

“Minalar yerindədir, sadəcə hansısa hadisənin onun üzərinə toxunmasını gözləyir. Amma 2026-cı ildə bu minalardan hansısa birinin zərərsizləşdirilməsi və ya partladılması ehtimalı çox aşağıdır. Böyük ehtimal ki, 2025-ci ildə olan qeyri-müəyyənlik və geosiyasi xaotiklik 2026-cı ildə də davam edəcək. Üstəlik, ABŞ-ın kəskin xarici siyasəti bu qeyri-müəyyənliyi təkcə 2026-da deyil, böyük ehtimalla 2027-də də davam etdirəcək.

Odur ki, qızıl (investisiya qızılı, zərgərlik deyil) yenə də uzunmüddətli investisiya məqsədləri üçün ən etibarlı investisiya aləti olaraq qalacaqdır”,-dey o əlavə edib.

Qeyd edək ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 14,7 dollar artaraq 4 235,5 dollar təşkil edib.

Gümüş isə 0,29 dollar azalaraq 58,41 dollara bərabər olub.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Dekabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri