Icma.az
close
up
RU
2027 ci ildə pensiyalar nə qədər arta bilər?

2027 ci ildə pensiyalar nə qədər arta bilər?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. 

Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər? 

“Qafqazinfo” xəbər verir ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsini nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanuna görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı ortaaylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən reallaşdırılır. 

Artımın nə qədər olacağına gəldikdə isə 2026-ci il yekunlaşmadığından il üzrə ortaaylıq əməkhaqqının artım göstəricisi məlum deyil. Bununla belə, bir qayda olaraq əməkhaqqı artımları ilin birinci yarısında həyata keçirildiyindən illik göstərici də əsasən bu dövrdə formalaşır. Məsələn, 2025-cı ilin yanvar-iyul aylarında əməkhaqlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım qeydə alınıb. 12 aylıq artım göstəricisi isə bundan ciddi fərqlənməyərək 9,3 faiz təşkil edib. Eyni vəziyyət əvvəlki illərdə də müşahidə olunub.

2026-cı ilin yanvar-iyul aylarında isə ölkə üzrə əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Lakin maraqlıdır ki, 7 ay üzrə artım tempi illik artım proqnozunu üstələyib. Belə ki, 2026-cı ildə orta aylıq əməkhaqqı məbləğinin təxminən 6 faiz artacağı proqnozlaşdırılıb. 

2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.

Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir. Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.   

Pensiyaların qeyd edilən indeksləşdirilmə göstəricisi reallaşacağı halda 2026-cı il üzrə proqnozlaşdırılan 5,7 faizlik orta inflyasiyanı üstələmiş olacaq. Bu da əmək pensiyalarının alıcılıq qabiliyyətinin növbəti ildə də qorunub saxlanılacağı deməkdir.     

Qeyd etmək yerinə düşər ki, pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması da təsir edir. Belə ki, minimum pensiya məbləğinin artırılması bu həddə pensiya alanların pensiyasının artmasına imkan verir. Pensiyaların minimum məbləği sonuncu dəfə 2025-cü ilin fevralın 1-də 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstərici “Əmək pensiyaları haqqında” Qanuna dəyişiliklik edilməklə artırılır. Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilib. Bu mənada hazırda minimum pensiya məbləği minimum əməkhaqqının (400 manat ) 80 faizinə bərabərdir. 

Ceyhun Həmid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri