Icma.az
close
up
RU
2027 ci ildən dövlət hər ailənin qapısını döyəcək

2027 ci ildən dövlət hər ailənin qapısını döyəcək

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Azərbaycanda ev təsərrüfatlarının uçotu elektronlaşdırılır

Dəqiq məlumatlar gələcəkdə layihələrdən və dövlət dəstəyi imkanlarından daha səmərəli istifadəyə kömək edəcək

Azərbaycanda dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində daha bir yeniliyə hazırlıq görülür. 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq tam elektron qaydada aparılacaq. Yeni sistem vasitəsilə əhalinin ailə tərkibi, yaşayış şəraiti, məşğulluğu, sosial vəziyyəti və fərdi təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlar vahid informasiya bazasında toplanacaq.

Bu məqsədlə noyabrın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi rayon üzrə uçot prosesində iştirak edəcək şəxslər üçün təlimlər təşkil olunur. Təlimlərə Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, eləcə də Dövlət Statistika Komitəsinin mütəxəssisləri cəlb edilib. Ümumilikdə 6 mindən çox şəxsin iştirak etdiyi təlimlərdə elektron uçot qaydaları, planşetlərdən istifadə və məlumatların informasiya sisteminə daxil edilməsi məsələləri izah olunur.

Yeni uçot mexanizmi “mygov” platformasında yaradılan “Ev təsərrüfatları” altsistemi vasitəsilə fəaliyyət göstərəcək. Toplanan məlumatların Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası nəzərdə tutulur. Beləliklə, vətəndaşlar öz ev təsərrüfatlarına dair məlumatlarla vahid platforma üzərindən tanış ola biləcəklər.

Rəqəmsal uçotun tətbiqi yalnız məlumatların elektron bazada toplanması ilə məhdudlaşmır. Bu sistem dövlət qurumları arasında informasiya mübadiləsinin sürətləndirilməsi, məlumatların təkrar tələb edilməsinin azaldılması və inzibati prosedurların sadələşdirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, məlumatların daha operativ və dəqiq əldə olunması dövlət siyasətinin real göstəricilər əsasında formalaşdırılmasına şərait yaradacaq.

Xüsusilə sosial müdafiə sahəsində yeni sistemin imkanları diqqət çəkir. Belə ki, ev təsərrüfatlarının sosial və iqtisadi vəziyyəti barədə dolğun məlumat bazasının yaradılması ehtiyacı olan ailələrin müəyyənləşdirilməsinə, dövlət yardımının daha dəqiq ünvanlanmasına və sosial proqramların səmərəliliyinin artırılmasına kömək edə bilər.

Bununla yanaşı, uçotun nəticələri regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi, kənd təsərrüfatı potensialının müəyyənləşdirilməsi, məşğulluq imkanlarının təhlili və infrastruktur layihələrinin planlaşdırılması üçün də mühüm informasiya mənbəyinə çevriləcək.

Qeyd edək ki, yeni sistemdə fərdi məlumatların işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun həyata keçiriləcək. Məlumatların təhlükəsizliyinin və konfidensiallığının təmin edilməsi elektron uçotun əsas şərtlərindən biri olacaq.

Beləliklə, ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması Azərbaycanda rəqəmsal dövlət idarəçiliyinin inkişafı, məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin gücləndirilməsi və dövlət xidmətlərinin daha əlçatan olması istiqamətində növbəti addım kimi qiymətləndirilə bilər.

İqtisadçı Eldəniz Əmirov "Şərq"ə bildirib ki, ev təsərrüfatlarının uçotunda əsas risk məlumatların obyektivliyinin təmin edilməməsidir. Onun sözlərinə görə, ev təsərrüfatlarının uçotunun aparılması özlüyündə heç kim üçün problem yaratmaz. Lakin məlumatların toplanmasında obyektivlik təmin edilməzsə, problemlər yarana bilər:

“Prosesin müsbət tərəfləri barədə onsuz da kifayət qədər mütəxəssis çıxış edib. Səsləndirilən fikirlərin böyük əksəriyyəti ilə razıyam. Ona görə də indi bu prosesin regionların inkişafına, ailə sahibkarlığına, iqtisadi dövriyyədən kənarda qalan resursların və iqtisadi fəaliyyətin uçota alınmasına mümkün təsirləri barədə təkrar danışmaq istəmirəm.

Sözsüz ki, bu proses regionlarda mövcud problemlərin və onların səbəblərinin müəyyənləşdirilməsi, əsaslandırılmış qərarların qəbul edilməsi üçün ciddi informasiya bazası formalaşdıra bilər. Mən məsələnin başqa bir tərəfinə – məlumatların toplanmasının obyektivliyinə, etibarlılığına və potensial risklərə toxunmaq istəyirəm.

Qaydalara əsasən, ev təsərrüfatlarının uçotunu yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəlikləri aparacaq. Xalqımızın bir deyimi var: “Heç kim öz ayranına turş deməz”. Yerli icra hakimiyyəti orqanlarında öz ərazilərinin sosial-iqtisadi vəziyyətini olduğundan daha yaxşı göstərmək meyli yarana bilər. Hətta bununla bağlı rayon rəhbərliyi səviyyəsində kənd nümayəndəliklərinə müəyyən tapşırıqların verilməsi ehtimalını da istisna etmirəm.

Amma əminəm ki, nə ölkə rəhbərliyinin, nə də Dövlət Statistika Komitəsinin məlumatların olduğundan daha yaxşı göstərilməsində marağı var. Çünki əsas məqsəd mövcud vəziyyətin real mənzərəsini əldə etmək və onun əsasında obyektiv sosial-iqtisadi təhlillər aparmaqdır.

Təsəvvür edək ki, hansısa kənddə məşğulluq səviyyəsi olduğundan yüksək, kommunal xidmətlərlə təminat vəziyyəti olduğundan yaxşı, istifadəsiz torpaqların sahəsi isə olduğundan az göstərilir. Ya da toyuqların sayı sərçələrin sayına çatdırılır.

O zaman nə baş verəcək? Həmin kəndin real problemləri dövlətin inkişaf prioritetlərindən kənarda qala bilər. Dövlət investisiyaları yanlış istiqamətləndirilər, sosial dəstək mexanizmlərinin ünvanlılığı zəifləyər, infrastruktur layihələri faktiki tələbatdan kənar planlaşdırılar. Yanlış məlumatlar əsasında hazırlanmış dövlət proqramlarının icrasına milyonlarla manat vəsait xərclənə bilər. Bir neçə ildən sonra isə arzuolunan nəticələrin niyə əldə edilmədiyinin səbəblərini araşdırmağa başlayarıq. Problemlərin həlli üçün yenidən maliyyə, insan və zaman resursları səfərbər edilər.

Bu baxımdan, məlumatların etibarlılığının yoxlanılması üçün müstəqil nəzarət mexanizminin yaradılması, seçmə qaydada təkrar sorğuların keçirilməsi və əldə edilən məlumatların digər informasiya mənbələri ilə müqayisə edilməsi vacibdir.

Əlqərəz, 2024-cü ildə hüquqi əsası formalaşdırılmış və 2027-ci ildən yenilənmiş formada həyata keçiriləcək bu prosesdən ciddi sosial-iqtisadi nəticələr gözləmək olar. Amma bunun üçün üç əsas şərt var: məlumatlar düzgün toplanmalı, obyektiv təhlil edilməli və qəbul edilən qərarlarda nəzərə alınmalıdır”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə hesab edir ki, ev təsərrüfatlarının uçotunun aparılması regionlarda kənd təsərrüfatı istehsalının real həcminin, əhalinin məşğulluq imkanlarının və fərdi təsərrüfatların iqtisadi potensialının daha dəqiq müəyyənləşdirilməsinə şərait yaradacaq:

“Bu məlumatlar əsasında dövlət dəstəyinin konkret ərazilərin və əhalinin ehtiyaclarına uyğun istiqamətləndirilməsi mümkün olacaq. Qeyri-rəsmi statistik məlumatlara görə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti, hətta 50-60 faizi kiçik ailə təsərrüfatlarının payına düşür. Lakin regionlar üzrə bu təsərrüfatların fəaliyyəti, istehsal həcmi və əhalinin məşğulluğundakı rolu barədə dəqiq statistikanın olmadığını düşünürəm.

Ev təsərrüfatlarının uçotuna yenidən baxılması və ailə təsərrüfatları üzrə məlumatların dəqiqləşdirilməsi nəticəsində hansı ərazidə nə qədər kənd təsərrüfatı məhsulunun yetişdirildiyi, nə qədər mal və məhsul istehsal olunduğu daha aydın görünəcək.

Dövlət regionların inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri məşğulluğun təmin olunması, digəri isə orta sahibkarlığın inkişafı məqsədilə regionlarda biznes qurmaq və ya mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlara uzunmüddətli və aşağı faizli kreditlərin verilməsidir.

Ev təsərrüfatlarının uçotu əhalinin hansı sahələrdə məşğul olduğunu, hansı fəaliyyət növlərinə daha çox maraq göstərdiyini və fərdi təsərrüfat üzvlərinin hansı sahələr üzrə ixtisaslaşdığını müəyyənləşdirməyə kömək edə bilər. Beləliklə, dövlət dəstəyi konkret regionların, inzibati ərazilərin və fəaliyyət sahələrinin ehtiyaclarına uyğun yönəldilə bilər”.

O vurğulayıb ki, XXI əsrdə rəqəmsal transformasiya şəraitində idarəetmə və qərarların qəbulu getdikcə daha çox məlumatlara əsaslanır: “Dəqiq rəqəmsal məlumatlar olmadan düzgün qərarlar qəbul etmək və onların nəticələrini qiymətləndirmək çətinləşir. Bu baxımdan, ev təsərrüfatlarının uçotu kənd təsərrüfatına illərdir göstərilən dövlət dəstəyinin nəticələrinin daha dolğun qiymətləndirilməsinə imkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının ümumi daxili məhsuldakı payının və bu göstəricinin nə dərəcədə dəqiq hesablandığının müəyyənləşdirilməsi üçün məlumat bazası formalaşacaq.

Bu prosesin iqtisadi və sosial sahələrlə yanaşı, inzibati və yerli idarəetmə orqanları üçün də əhəmiyyəti var. Prosesdə vətəndaşların özlərinin də fəal iştirakı və məlumatları dəqiq təqdim etməsi vacibdir. Çünki ailə və fərdi təsərrüfatlarda yaradılan əlavə dəyər barədə məlumatlar gələcəkdə dövlət layihələrindən və dəstək proqramlarından yararlanmaq imkanlarını genişləndirə bilər”.

C.İbrahimli bunu məşğulluq sahəsindəki müraciətlər nümunəsində izah edib: “Hazırda vətəndaşların fərdi və ailə təsərrüfatları ilə bağlı müraciətləri daxil olduqda, müvafiq qurumlar həmin təsərrüfatın real vəziyyətini, fəaliyyət imkanlarını və dövlət yardımına uyğunluğunu yerində araşdırmalı olurlar. Bu isə müəyyən vaxt və resurs itkisinə səbəb olur.

Məlumatların mərkəzləşdirilmiş qaydada toplanması və dəqiqləşdirilməsi belə müraciətlərin daha operativ araşdırılmasına, vətəndaşlara müvafiq qurumlar tərəfindən daha sürətli cavab verilməsinə şərait yarada bilər.

Ev təsərrüfatlarının uçotu həm dövlət idarəetməsi, həm də vətəndaşlar üçün faydalı mexanizmə çevrilə bilər. Bunun üçün vətəndaşların məlumatları düzgün təqdim etməkdə maraqlı olması vacibdir. Çünki dəqiq məlumatlar gələcəkdə həyata keçiriləcək layihələrdən və dövlət dəstəyi imkanlarından daha səmərəli istifadəyə kömək edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri