Icma.az
close
up
RU
2029 cu ilə qədər BƏƏ nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

2029 cu ilə qədər BƏƏ nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Icma.az bildirir, Marja.az portalına istinadən.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tikinti sektorunda hökumət təşəbbüsləri sayəsində böyük artım gözlənilir.

Marja xəbər verir ki, qlobal əmlak konsaltinq şirkəti "Knight Frank"ın “2025 UAE Construction Landscape Review” hesabatına əsasən, ölkədə tikinti sahəsində illik istehsal həcmi 2029-cu ilə qədər 130,8 milyard dollara çatacaq.

BƏƏ-də tikinti istehsalının ümumi dəyəri sabit şəkildə artmaqdadır. 2024-cü ildə rekord həddə – 107,2 milyard dollara çatan istehsal həcminin 2029-cu ilə qədər hər il orta hesabla 4% artması proqnozlaşdırılır.

Tikinti layihələri əsas sektordur

Hazırda BƏƏ-də planlaşdırılan layihələrin 62%-i tikinti sektorunun payına düşür. Bu göstərici nəqliyyat (12%), enerji (7%) və su layihələrini (5%) üstələyir. Tikinti portfelində ən böyük payı qarışıq istifadə üçün nəzərdə tutulan layihələr (42%), yaşayış təyinatlı daşınmaz əmlakı (28%), data mərkəzləri (9%) və mehmanxanalar (4%) təşkil edir.

Dubayda yüksək səviyyəli layihələr

2025-ci ilin ikinci rübünə görə, fərdi yaşayış yaşayış evlərinin tikintisi xərcləri adi villalar üçün 1 kv.m üzrə 4200 BƏƏ dirhəmi (AED) (cari məzənnə ilə 1943 manat), premium villalar üçün isə 11 000 dirhəmə (cari məzənnə ilə 5090 manat) qədər dəyişir. Mənzillərdə bu göstərici kv.m üzrə 4300–9500 dirhəm (1990-4397 manat) arasında dəyişir. Kommersiya binalarının tikintisi xərci isə 1 kv.m üçün 5500–7300 dirhəm (2545 -  3378 manat) təşkil edir.

Knight Frank-ın tədqiqatına əsasən, Dubayda yaxın illərdə Palm Jebel Ali, The Oasis by Emaar, Marsa Al Arab, Therme Dubai, Naia Island, Venice at DAMAC Lagoons, Parkwood və Address Residences (Dubai Hills Estate) kimi iri layihələr reallaşdırılacaq. Bundan əlavə, Dubay metrosunun Blue Line xəttinin 15 km-lik yeni hissəsi 2029-cu ilə qədər istifadəyə veriləcək.

Əsas iqtisadi təşəbbüslər

Knight Frank-ın MENA üzrə araşdırma rəhbəri Faysal Durrani bildirib ki, BƏƏ tikinti sektoru iqtisadi diversifikasiya, turizm və strateji infrastruktur layihələri hesabına güclü artım dövrünü yaşayır. 

2020–2025-ci illər arasında BƏƏ-də bağlanan tikinti müqavilələrinin ümumi dəyəri 280,9 milyard dollar təşkil edib. Bunun 151 milyard dolları Abu Dabinin, 129,9 milyard dolları isə Dubayın payına düşüb. Dubayda layihələrin 75%-i tikinti ilə bağlı olduğu halda, Abu Dabidə əsas üstünlük hələ də neft-qaz sektoruna (40%) verilir.

Əhali artımı və yaşayış sektoru

Dubayda əhali 2020-ci ildəki 3,4 milyondan 2040-cı ilə qədər 5,8 milyona çatacaq. Bu isə yaşayış sektoruna tələbi gücləndirəcək. Hazırda 8,2 milyon kv.metr ofis sahəsi inşa edilir və 2028-ci ilə qədər təhvil veriləcək. Lakin tələbin təklifi üstələyəcəyi gözlənilir.

Abu Dabidə də 2025-ci ilin ilk yarısında 890 mənzil istifadəyə verilib, əlavə 33 min mənzilin isə 2029-cu ilə qədər təhvil verilməsi nəzərdə tutulur. 

Dövlətin şəhərsalma layihələri

BƏƏ hökuməti ağıllı şəhər konsepsiyası, enerji səmərəliliyi və yaşıl tikinti standartlarını sürətlə tətbiq edir. Abu Dabidə elan olunan Marhaba City layihəsi 10 milyon kv.m ərazidə yaşayış, kommersiya və əyləncə obyektlərini birləşdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://marja.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri