Icma.az
close
up
RU
AİB in ərzaq təhlükəsizliyi üzrə dəstəyi 2030 cu ilə qədər 40 milyard dollara çatacaq

AİB in ərzaq təhlükəsizliyi üzrə dəstəyi 2030 cu ilə qədər 40 milyard dollara çatacaq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 may, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean regionunda uzunmüddətli ərzaq və qida təhlükəsizliyinə dəstəyini 26 milyard dollar artırmağı planlaşdırır. Beləliklə, bank 2022–2030-cu illər üçün ərzaq təhlükəsizliyi təşəbbüsləri üzrə nəzərdə tutduğu ümumi maliyyəni 40 milyard dollara çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə AİB-nin yaydığı məlumata deyilir.

Bu dəstək əkinçilik, emal, məhsulların paylanması və istehlak da daxil olmaqla ərzaq istehsalı prosesinin bütün mərhələlərini əhatə edən genişmiqyaslı bir proqramı maliyyələşdirəcək. Proqram hökumətlərə və şirkətlərə maliyyə və siyasət dəstəyi verməklə Asiya və Sakit Okean regionunda müxtəlif və qidalandırıcı ərzaqların istehsalını təşviq etmək, iş yerləri yaratmaq, ətraf mühitə mənfi təsirləri azaltmaq və kənd təsərrüfatı üçün dayanıqlı təchizat zəncirlərini inkişaf etdirmək məqsədi daşıyır.

AİB prezidenti Masato Kanda Milanda keçirilən AİB-in 58-ci İllik Toplantısında bildirib ki, görünməmiş quraqlıqlar, daşqınlar, həddindən artıq istilər və deqradasiyaya uğramış təbii ehtiyatlar kənd təsərrüfatı istehsalına zərər vurur, eyni zamanda, ərzaq təhlükəsizliyi və kənd yerlərində dolanışıq vasitələri üçün təhlükə yaradır.

“Bu artırılan dəstək ölkələrin aclığı azaltmasına kömək edəcək, qidalanmanı yaxşılaşdıracaq, ətraf mühiti qoruyacaq, eyni zamanda, fermerlər və aqrobizneslər üçün imkanlar yaradacaq. Bu, ərzaqların yetişdirilməsi, emal olunması, paylanması və istehlakı da daxil olmaqla bütövlükdə ərzaq üzrə dəyər zəncirinə dəyişiklik gətirəcək”, - deyə o qeyd edib.

Yeni hədəf AİB-in 2022-ci ilin sentyabrında elan etdiyi ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq və regional ərzaq böhranını azaltmaq üçün 2025-ci ilə qədər 14 milyard dollar sərmayə qoymaq vədinə əsaslanır. AİB 2024-cü ilin sonunadək bu istiqamət üzrə 11 milyard dollar, yəni nəzərdə tutulan ilkin məbləğin təxminən 80 faizi həcmində vəsait investisiya edib və 2025-ci ilin investisiya planına uyğun olaraq 3,3 milyard dollar həcmində əlavə vəsait ayırıb.

“Bu gün elan olunan əlavə 26 milyard dollarlıq maliyyələşdirmə AİB-in hökumətlərə 18,5 milyard dollar həcmində birbaşa dəstəyi və özəl sektora 7,5 milyard dollar həcmində investisiyalarından ibarət olacaq. 2030-cu ilə qədər AİB ümumi həcmi 40 milyard dollar olan proqramda özəl sektor üzrə investisiyaların payının 27 faizdən çox olmasını hədəfləyir. Bu da ərzaq sistemlərinin transformasiyasında özəl sektorun həlledici rolunu vurğulayır. Dünyada kifayət qədər qidalanmayan insanların yarıdan çoxu Asiyada yerləşən inkişaf etməkdə olan ölklələrdə yaşayır. Biomüxtəlifliyin itirilməsi və normal qidalanmama ərzaq sistemləri üçün çətinlik yaradır. Qlobal su istifadəsinin 70 faizi, yararlı torpaqların 50 faizi və biomüxtəlifliyin itirilməsinin 80 faizi bu sistemlərin payına düşür. Həmçinin regionda əmək qüvvəsinin 40 faizi ərzaq sistemlərində çalışır.

Proqram ərzaq sistemlərinin transformasiyasını dəstəkləmək məqsədilə kənd təsərrüfatı üzrə dəyər zəncirlərinin müasirləşdirilməsini təmin edəcək ki, bu da həssas əhali qrupları üçün sərfəli və sağlam qidaya çıxışın yaxşılaşdırılmasına xidmət edəcək. Proqram çərçivəsində, həmçinin torpaqların keyfiyyətinin yaxşılaşdırılması və biomüxtəlifliyin qorunması üçün investisiya ayrılacaq. Hər iki amil iqlim dəyişikliyi, çirklənmə, eləcə də torpaq və su ekosistemlərinin itirilməsinə görə artan təhdidlə üzləşən məhsuldar kənd təsərrüfatı üçün vacib rol oynayır. Proqram fermerlər, aqrobizneslər və siyasətçilər üçün qərar qəbul etmə prosesini yaxşılaşdırmaq məqsədilə rəqəmsal texnologiya və analitik həllərin inkişafına dəstək verəcək.

AİB 150 milyon dollar həcmində planlaşdırılan və qarışıq maliyyələşdirmə aləti olan Təbii Kapital Fondu yaradır. Bu fonda əsas dəstəyi Qlobal Ekoloji Fondu (GEF) göstərəcək, həmçinin Qlobal Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Proqramı da daxil olmaqla digər tərəfdaşların da ona töhfə verməsi gözlənilir. Təbii Kapital Fondu, AİB-in inkişaf etməkdə olan üzv ölkələrində təbii kapitalı davamlı şəkildə qoruyan, bərpa edən və idarə edən fermerlər və yenilikçilər tərəfindən həyata keçirilən aqrar və ərzaq sisteminə dair layihələrə dəstək verəcək”,- deyə məlumatda bildirilib.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri