Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Özbəkistanla ticarət dövriyyəsi 1 milyard dollara çatacaq

Özbəkistanla ticarət dövriyyəsi 1 milyard dollara çatacaq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” Bakı-Daşkənd münasibətlərində yeni mərhələnin əsasını qoyub. Sənəd iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, əlaqələrin uzunmüddətli perspektivdə möhkəmləndirilməsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunan razılaşmalar fonunda iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də gündəmə gəlib. “Əbədi dostluq” sənədi isə Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız bugünkü siyasi maraqlara deyil, gələcək nəsilləri əhatə edən qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə söykəndiyini nümayiş etdirir.

Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Eldar İbrahimov məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan arasında əlaqələrin inkişafında tarixi, milli və mənəvi yaxınlıq mühüm rol oynayır:

“Azərbaycan dost və qardaş ölkələrlə, xüsusilə də Mərkəzi Asiya dövlətləri ilə geniş və əhəmiyyətli əməkdaşlıq əlaqələrinə malikdir. Bu münasibətlər hər ötən dövrdə daha da genişlənir. Bunun əsas səbəblərindən biri ölkələrimizin tarixi dostluq əlaqələri, siyasi, milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Mərkəzi Asiya xalqları arasında əlaqələr daha da yaxınlaşıb və bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və Ələt Dəniz Ticarət Limanının fəaliyyətə başlaması Mərkəzi Asiyanın türk dövlətləri üçün də yeni imkanlar yaradıb”.

Deputat qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri son illərdə xüsusilə dinamik inkişaf edir:

“Özbəkistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri artıq nümunəvi xarakter daşıyır. Ulu Öndər Heydər Əliyev və Özbəkistanın keçmiş prezidenti İslam Kərimov dövründə formalaşan münasibətlər Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan yüksək siyasi etimad və səmimi dostluq əlaqələri sayəsində yeni məzmun qazanıb. Hazırda bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsindədir”.

E.İbrahimov bildirib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də bu prosesin mühüm istiqamətlərindən biridir:

“Milli Məclis ilə Özbəkistan Ali Məclisinin Senatı arasında imzalanmış əməkdaşlıq sazişi, yol xəritələrinin həyata keçirilməsi və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstək əlaqələrimizin yüksək səviyyəsini göstərir. 2025-ci il iyulun 1-də Xivədə I Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun keçirilməsi də bu əməkdaşlığın əhəmiyyətli göstəricilərindən biridir”.

Deputat vurğulayıb ki, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı iki ölkə arasındakı qardaşlığın praktik nümunəsidir:

“Xankəndidə Azərbaycan-Özbəkistan birgə tikiş fabrikinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Hazırda burada kişi, qadın və uşaq geyimləri istehsal olunur. İstehsal gücünün artırılması üçün 11 milyon manatdan çox investisiya yatırılması planlaşdırılır. Gələcəkdə yerli pambıq əsasında parça istehsalının yaradılması da nəzərdə tutulur. Bu, kənd təsərrüfatı ilə sənayenin iki ölkənin əməkdaşlığı çərçivəsində birləşdirilməsi baxımından mühüm nümunədir.Bundan başqa, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi də qardaş ölkənin Azərbaycanın bərpa prosesinə verdiyi töhfənin göstəricisidir”.

Eldar İbrahimov Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin də sürətlə inkişaf etdiyini bildirib:

“2025-ci ildə iki ölkə arasında əmtəə mübadiləsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məqsədinin qarşıya qoyulması da iqtisadi əlaqələrin gələcək perspektivlərinin geniş olduğunu göstərir”.

O qeyd edib ki, sənaye kooperasiyası, avtomobil istehsalı, enerji və investisiya sahələrində də birgə layihələr həyata keçirilir:

“2023-cü ildə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması mühüm addım oldu. Şirkətin nizamnamə kapitalı 500 milyon dollardır. Hacıqabul Sənaye Parkında Azərbaycan və Özbəkistan şirkətlərinin əməkdaşlığı çərçivəsində 10 min 720 ədəd “Chevrolet” markalı avtomobil istehsal edilib. “Azərmaş Park” MMC ilə Özbəkistanın “SamAvto” şirkətinin əməkdaşlığı nəticəsində isə 275 ədəd ISUZU markalı avtobus istehsal olunub.Enerji sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Özbəkistanın OZLITINEFTGAZ İnstitutu ilə “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir”.

Azərbaycan və Özbəkistan prezidentləri arasında yüksək siyasi etimadın əlaqələrin inkişafında xüsusi rol oynadığını deyən deputat qarşılıqlı səfərlərin də bu prosesə ciddi təkan verdiyini diqqətə çatdırıb:

“Son illərdə dövlət başçılarımızın qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük töhfə verib. 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması və həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi əlaqələrimizin institusional əsaslarını daha da möhkəmləndirdi”.

E.İbrahimov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu əldə etməsinin də regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb:

“Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Bakı ilə Daşkənd arasında münasibətlərin artıq yalnız ikitərəfli çərçivədə deyil, daha geniş regional müstəvidə əhəmiyyət daşıdığını göstərir”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

“Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfəri müttəfiqlik əlaqələrinin daha da genişlənməsi baxımından mühüm rol oynadı. Səfər zamanı dövlət başçısının “Yeni Daşkənd” layihəsi ilə tanış olması, eləcə də bir sıra mühüm sənədlərin imzalanması əlaqələrimizin yeni mərhələyə keçdiyini göstərir.Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasını tarixi hadisə hesab edirəm. Bu sənəd iki dost və qardaş ölkə arasında münasibətlərin strateji və siyasi baxımdan ən yüksək səviyyəyə yüksəldiyini, əlaqələrin uzunmüddətli və gələcək nəsilləri əhatə edən xarakter daşıdığını təsdiqləyir”.

E.İbrahimov hesab edir ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra daha da dinamik inkişaf edəcək:

“Birmənalı şəkildə deyə bilərik ki, iki türk dövləti və xalqı arasında münasibətlər “qardaşlıq, strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq” məntiqi üzrə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlərin daha dinamik və geniş xarakter alacağına inanıram. Bu proses bütövlükdə Avrasiyanın gələcək geosiyasi və iqtisadi xəritəsinin formalaşmasına da mühüm təsir göstərə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri