2030 cu ilə qədər Gürcüstan Aİ yə üzv olmaq üçün ən hazırlıqlı ölkə olacaq
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün ən hazırlıqlı ölkə olacaq və təbii ki, burada da münasibətlərin yenidən qurulması vacibdir".
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milanda jurnalistlərə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, müxalifətin məqsədi münasibətlərin yenidən qurulmasına mane olmaqdır.
“Hələ Gürcüstana vizasız rejimin verilməsi məsələsi müzakirə olunarkən, o dövrdən bəri müxalifət nümayəndələri fəal şəkildə sabotajla məşğul olublar”, - deyə siyasətçi vurğulayıb.
Kobaxidze qeyd edib ki, bizim məqsədimiz Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv olmasıdır:
“Hesab edirik ki, 2030-cu ilə qədər Gürcüstan üzvlüyə ən hazırlıqlı ölkə olacaq. Müxalifətin səfərləri isə əks istiqamətə yönəlib və onların məqsədi bu prosesə hər cür şəkildə mane olmaqdır. Biz səylərimizi əsirgəməyəcəyik, qalanı Avropa strukturlarının yanaşmasından asılı olacaq”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 İyun 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















