Icma.az
close
up
RU
Gürcüstan 2030 cu ilə qədər Aİ yə üzv olmaq üçün başqalarından hazırlıqlı olacaq

Gürcüstan 2030 cu ilə qədər Aİ yə üzv olmaq üçün başqalarından hazırlıqlı olacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası əhaliyə söz verib ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağa digər namizəd dövlətlərlə müqayisədə daha çox hazır olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.

“Avropa bürokratiyasının hələ də Gürcüstanı şantaj etməklə və qeyri-demokratik qüvvələri hakimiyyətə qaytarmağa çalışmasına baxmayaraq, biz ictimaiyyətə söz veririk ki, bizim siyasi komandamız bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Gürcüstan 2030-cu il üçün elan olunmuş Aİ-nin genişlənməsinə bütün namizəd ölkələr arasında ən hazırlıqlı ölkə kimi cavab verəcək”, - deyə partiyanın yaranmasının 13-cü ildönümü ilə bağlı bəyanatda deyilir.

“Gürcü Arzusu” həmçinin ümid edir ki, həmin vaxta qədər “bugünkü Brüssel bürokratiyası Avropa İttifaqının və Avropanın gələcəyinə yönəlmiş ləyaqətli, müstəqil elita ilə əvəz olunacaq”.

Hakim partiya öz bəyanatında qeyd edir ki, bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir, həmçinin heç kim onun rəhbərliyini ölkənin maraqlarına zidd addımlar atmağa məcbur edə bilməz. “Xalqın seçdiyi “Gürcü arzusu” hakimiyyəti Gürcüstanın milli maraqlarının diktəsi ilə hərəkət edir və heç vaxt bu maraqlar bahasına kompromislərə yol verməyəcək”, - deyə bəyanatda deyilir.

Gürcüstan 2023-cü ilin sonunda Aİ-yə namizəd statusu alıb, lakin Qərbin kütləvi etirazlarına və təzyiqlərinə baxmayaraq, “Gürcü arzusu”nun xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra 2024-cü ildə ölkənin Aİ ilə münasibətləri xeyli pisləşib. Noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə öz növbəsində Aİ-yə üzvlüklə bağlı danışıqların başlaması prosesini dondurub. Eyni zamanda, Gürcüstan hakimiyyəti qeyd edir ki, Aİ müvafiq addımlar atacağı və ölkə hakimiyyətini Avropa Birliyi mövzusu ilə şantaj etməyi dayandıracağı təqdirdə inteqrasiya prosesinin bərpasına açıq qalır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri