Icma.az
close
up
RU
21 noyabr 1992 ci il: Yeni mərhələnin başlanğıcı və tarixi proseslər

21 noyabr 1992 ci il: Yeni mərhələnin başlanğıcı və tarixi proseslər

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov

- Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqi yolunun müəyyənləşdirilməsi, o cümlədən demokratik ənənələrin bərqərar olmasında mühüm rol oynamışdır. Aparıcı siyasi qüvvə kimi partiya bu uğurlu fəaliyyəti ilə xalqın yüksək etimadını qazanmışdır.
- 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyi ölkədə qarşıdurmaların yaranmasına, separatçı meyillərin güclənməsinə və xarici təsirlərin artmasına səbəb olmuş, nəticədə dərin ictimai-siyasi böhran hökm sürmüşdü. Müstəqilliyini yenicə bərpa etmiş xalqımız isə ölkəni bu xaosdan çıxarmaq üçün müdrik və qətiyyətli liderə böyük ehtiyac duyurdu.
Həmin dövrün gərginliyi və cəmiyyətin dərin narahatlığı fonunda yaranmış zərurət tanınmış ziyalıların Ulu Öndər Heydər Əliyevə ünvanladıqları və taleyüklü qərar verməyə çağıran 1992-ci il 16 oktyabr tarixli müraciətində aydın şəkildə ifadəsini tapmışdır. Müraciət həm siyasi təşəbbüslərin təzahürü, həm də xalqın iradəsini, təhlükəsiz və firavan gələcək istəyini nümayiş etdirmişdir. Ümummillli Lider Heydər Əliyev bu çağırışı dəyərləndirərək bildirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı müasir dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Burada YAP-ın Proqramı və Nizamnaməsi qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, dövlətçilik ənənələrini təmin edəcək, gələcək inkişafın ideoloji-siyasi xəritəsini formalaşdıracaq bir siyasi təşkilat meydana gəldi. Yeni Azərbaycan Partiyasının yaranması faktiki olaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi, idarəçilik sisteminin yenidən qurulmasına şərait yarandı.
Belə ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə ilk növbədə ictimai-siyasi sabitlik bərpa edildi, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu istiqamətində məqsədyönlü addımlar atıldı və Azərbaycanın geosiyasi mövqeyini müəyyən edəcək “Əsrin müqaviləsi” adı ilə tarixə düşən neft sazişi imzalandı. Məhz həmin illərdə qəbul edilən strateji qərarlar ölkənin gələcək inkişafının möhkəm bünövrəsini formalaşdırdı.
– YAP-ın strateji xətti Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin qorunmasına töhfə verməklə davamlı inkişafı təşviq edir, bütün bunların fonunda milli maraqlar hər zaman ön plandadır. Bu barədə fikirlərinizi bilmək istərdik?
– Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik modeli mütərəqqi şəkildə hazırlanmış strategiyaya əsaslanır və bütün fəaliyyət milli maraqların qorunmasına yönəlmişdir. Ümummilli Liderin rəhbərliyi dövründə demokratik ənənələr inkişaf etdirilmiş, qanunçuluq və ədalət prinsipləri sistemli şəkildə tətbiq olunmuş, həmçinin xarici siyasətdə ölkənin mövqeyi əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Dövlətin təhlükəsizlik sistemi modernləşdirilmiş, Silahlı Qüvvələr təkmilləşdirilmiş və regional əməkdaşlıq sahəsində strateji əhəmiyyət kəsb edən mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyev, həmçinin sosial-iqtisadi sferalarda genişmiqyaslı islahatlar reallaşdıraraq ölkənin modernləşməsinə, infrastrukturun qurulmasına və vətəndaşların rifahının yüksəlməsinə şərait yaratmışdır. Təhsil, səhiyyə və mədəniyyət inkişafı da diqqət mərkəzində olmuş, bu tədbirlər cəmiyyətin həm maddi, həm də mənəvi tərəqqisinə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə səhiyyəni ən prioritet sahələrdən biri kimi inkişaf etdirirdi. Yeni xəstəxanalar və poliklinikalar tikilmiş, tibbi avadanlıqlar modernləşdirilmiş və əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi təmin edilmişdir. Eyni zamanda, həkimlər və tibbi personal üçün əlavə təlim və peşə hazırlığı proqramları həyata keçirilmiş, əhalinin sağlamlıqla bağlı maarifləndirilməsi tədbirləri genişləndirilmişdir. Bu tədbirlər nəticəsində ölkədə ümumi səhiyyə göstəriciləri yüksəlmiş və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfə verilmişdir.
Eyni zamanda, Ümummilli Lider sosial ədalət, vətəndaşların hüquqlarının qorunması və icra orqanlarının effektiv fəaliyyətinin təmin olunması istiqamətində kompleks siyasət yürütmüş, ümumilikdə ölkənin inkişafına dayanıqlı zəmin yaratmışdır. Bu strategiya bütün sahələrdə nizam-intizamın möhkəmləndirilməsi, vətəndaşların dövlətə inamının artırılması və ölkənin uzunmüddətli sabitliyini təmin etmişdir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin strateji baxışları və siyasi iradəsi əsasında Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin böyük etimadını qazandı, dövlətlə vətəndaşlar arasında etibarlı körpü rolunu oynayaraq siyasi sistemdə aparıcı mövqeyə yüksəldi. Bu nailiyyətlər partiyanın fəaliyyətində şəffaflıq, ictimaiyyətlə sıx əlaqə və xalqın xidmət prinsiplərinin tətbiqi ilə mümkün oldu. Eyni zamanda, YAP dövlət quruculuğu prosesində mühüm rol oynayaraq müxtəlif sahələrdə həyata keçirilən islahatların dəstəklənməsində fəal iştirak etdi. Həmin amillər partiyanın yalnız siyasi struktur kimi deyil, həm də ölkənin sabitliyi, ictimai harmoniyası və davamlı inkişafında əsas təməllərdən biri kimi formalaşmasına təkan verdi.
2003-cü il oktyabrın 15-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqın geniş dəstəyi ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi dayanıqlı inkişaf strategiyasının davam etdirilməsi baxımından mühüm tarixi mərhələ olmuşdur. Nəticədə, ölkədə siyasi sabitlik qorunmuş, dövlət idarəçiliyində səmərəliliyin artırılması və hərtərəfli islahatların dərinləşdirilməsi üçün geniş imkanlar yaranmışdır. Həmin dövrdə partiyanın qarşısında duran strateji vəzifələri effektiv şəkildə idarə edə biləcək güclü liderə ehtiyac var idi. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri seçilmişdir. Beləliklə, YAP-ın siyasi xətti yeni islahatlar və modernləşmə mərhələsinə qədəm qoymuşdur. Dövlət idarəçiliyində geniş təcrübəyə, həm daxili, həm də xarici siyasətdə qətiyyətli və uzaqgörən mövqeyə malik olan cənab İlham Əliyev partiyanın hədəflərini uğurla reallaşdırmışdır.
Ölkə rəhbərliyi ordu quruculuğu, iqtisadi modernləşmə, enerji təhlükəsizliyi layihələri, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və sosial sahələrdə islahatlarla əlaqədar misilsiz işlər görmüşdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər qazanması fonunda həyata keçirilən Böyük Qayıdış Proqramı uğurla icra olunur, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması sürətləndirilməklə bölgələrdə dayanıqlı sabitlik və təhlükəsizlik təmin olunmuşdur. Dövlətimiz dünyada gedən ictimai-siyasi proseslərdə fəal iştirak edərək regional təhlükəsizliyin möhkəmlənməsi və beynəlxalq əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verir. Eyni zamanda, strateji layihələr dövlətimizin siyasi-iqtisadi mövqeyini gücləndirərək qlobal aləmdə nüfuzunu artırmış, ölkəni regionun lider gücünə və qlobal miqyasda etibarlı tərəfdaşlardan birinə çevirmişdir. Bu uğurlar həm daxili inkişaf, həm də əlverişli xarici strategiya kontekstində ölkənin dayanıqlı tərəqqisinə zəmin yaratmış, eyni zamanda cəmiyyətin rifahının yüksəlməsinə xidmət etmişdir.
Müstəqillik dövründə formalaşan gənc nəsil dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsi olaraq yüksək vətənpərvərlik ruhunda yetişdi. Vətən müharibəsində göstərdikləri böyük fədakarlıqla gənclər Vətənə və dövlətçiliyə öz sədaqətlərini nümayiş etdirdilər. Dövlət siyasəti gənclərin təhsil imkanlarının genişləndirilməsi, sosial dəstək mexanizmlərinin gücləndirilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin sistemli şəkildə aparılması və onların ictimai-siyasi həyatda fəal iştirakının təşviqi ilə xarakterizə olunur. Gənclər öz bilikləri, güclü iradə və qətiyyətləri ilə ölkənin təhlükəsizliyinin təmin olunmasına və tarixi uğurların əldə edilməsinə mühüm töhfələr vermişlər.
2021-ci il martın 5-də keçirilmiş VII Qurultay Yeni Azərbaycan Partiyasının müasir dövrün çağırışlarına uyğunlaşması və yeni idarəetmə modelinə keçidi baxımından əlamətdar hadisə oldu. Qurultayda qəbul edilmiş yeni Proqram və Nizamnamə qlobal trendləri, müasir siyasi tələbləri və inkişaf prioritetlərini təcəssüm etdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini vəzifəsinə təyin olunması həm partiya tarixində, həm də ölkənin ictimai-siyasi həyatında mühüm önəm kəsb edir.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olunub. Həmin əməliyyatlar erməni separatçılarının nəzarətində olan ərazilərin azad edilməsinə və regionda davamlı sabitliyin möhkəmlənməsinə şərait yaradıb. Eyni zamanda, bu amillər vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində tarixi nailiyyət kimi dəyərləndirilir.
- Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlətçilik ənənələrinin inkişafı və cəmiyyətin tərəqqisi istiqamətində atılan mütərəqqi addımların əhəmiyyəti dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Belə ki, postmüharibə dövründə ölkəmizdə keçirilən seçkilər bu baxımdan mühüm önəm kəsb edir.
- Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdə yüksək nəticə göstərərək xalqın dəyişməz etimadını qazanmışdır. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səs toplaması xalqın YAP-a olan güclü dəstəyinin və bu siyasi kursa inamının bariz ifadəsidir. Eyni ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə YAP-ın 68 deputatla parlamentdə çoxluq əldə etməsi və 2025-ci il bələdiyyə seçkilərində ölkə üzrə üstün mövqeyini qoruması partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarına xidmət etdiyini növbəti dəfə təsdiqləyir.
Yeni Azərbaycan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nüfuzlu siyasi təşkilatlardan biri kimi tanınır. Dünyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq əlaqələri genişləndirilir, beynəlxalq siyasi birliklərdə fəal təmsilçilik həyata keçirilir. Bu əməkdaşlıq dövlətimizin xarici strategiyasının daha çevik və səmərəli şəkildə reallaşdırılmasına töhfə verir.
Partiyanın yeni strateji hədəfləri dəqiq müəyyənləşdirilib və ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşır. Bu gün Yeni Azərbaycan Partiyası dövlətin strateji inkişaf xəttini həyata keçirən, xalqla iqtidar arasında etimad münasibətlərini daha da möhkəmləndirən, dövlətçiliyin dayaqlarını gücləndirən aparıcı siyasi qüvvə kimi tarixi missiyasını uğurla davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see453

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri