Icma.az
close
up
RU
213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı qərar verildi

213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı qərar verildi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinin hasarından aşıb həyətə daxil olublar.

Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənova həyətdə yerləşən saxlanc yeri olan anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir borular, 4 ədəd hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində dəmir barmaqlıqları, evə qanunsuz daxil olmaqla oradan Ukrayna İstehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay serviz dəsti, Ukrayna istehsalı 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində olan iran istehsalı 3 lampalı lyustr, 1 400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam ötrükləri, 24000 manat dəyərində 4 000 ədəd Ukrayna istehsalı olan yemək boşqabı, 81 000 manat dəyərində 1 800 ədəd fincan dəsti, 17 600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar.

Bundan başqa, 1 ədədinin qiyməti 1 000 manat olan 8 000 manat dəyərində 8 ədəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçaları, 1 400 manat dəyərində 2 ədəd 7 litrlik odun samovarını, 1 ədəd dəyəri 2 000 manat olan Çexiya istehsalı lyustranı çağırdıqları avtomobillərə hissə-hissə yükləyib götürməklə oradan davamlı olaraq hissə-hissə daşıyıb apararaq dəyərindən ucuz qiymətə satıblar.

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 385 manat məbləğində külli miqdarda ziyan vurublar.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Həbibli ilə Rövşən Umudovun hər biri 7 il, Ülvi Əsgərov 9 il, Vəfa Həsənova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri