ABŞ Hərbi Hava Qüvvələrinin sisteminə kiberhücum edildi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platforması olan “Cloud One” sisteminə kiberhücum həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC telekanalına adının açıqlanmasını istəməyən ABŞ rəsmisi məlumat verib.
Hücumun nə vaxt baş verdiyi və mümkün nəticələri barədə məlumat açıqlanmayıb. Pentaqonun kibertəhlükəsizlik bölmələri hücum nəticəsində dəymiş mümkün ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıb.
ABŞ mətbuatının məlumatına görə, kiberhücum məxfi hərbi məlumatları, şəxsi heyətə və logistika əməliyyatlarına dair informasiyaları təhlükə altına sala bilər.
Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən “Cloud One” platforması ABŞ Hərbi Hava Qüvvələrinin informasiya texnologiyaları üzrə ehtiyaclarını vahid mərkəzdən təmin etmək məqsədilə yaradılıb.
Platforma “Microsoft”, “Amazon”, “Oracle” və “Alphabet” şirkətlərinin resurslarını birləşdirərək şəxsi heyətin məlumatları, əməkhaqqı ödənişləri, logistika və texniki xidmət proseslərinin idarə olunmasını təmin edən onlarla tətbiqə infrastruktur dəstəyi göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Noyabr 2026 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















