23 iyul Müxbirlərdə: Strateji əməkdaşlıq sazişi
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” və ABŞ-ın “Baker Hughes” şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.
Əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL Group”-un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.
“Bu saziş “Baker Hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL Group”un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır. Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”, – deyə “GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib.
“Baker Hughes” bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır. Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Group-un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”, – deyə Baker Hughes şirkətinin Baş Vitse-Prezidenti Cim Seşns bildirib.
Mirbağır Yaqubzadə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 İyul 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















