Icma.az
close
up
RU
Strateji əməkdaşlıq konsepsiyaları

Strateji əməkdaşlıq konsepsiyaları

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan regionda və eyni zamanda dünyada etibarlı strateji əməkdaşlıq konsepsiyalarına sahib olan qüdrətli dövlətdir. İstər iqtisadi, istərsə də siyasi baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər dövlətimizin artan nüfuzundan xəbər verir.

Prezident İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.

2 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxış edib. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, "Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib."

Artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri