Icma.az
close
up
RU
24 saat ərzində 205 nəfər hərbi qulluqçumuz qəsdən öldürülüb

24 saat ərzində 205 nəfər hərbi qulluqçumuz qəsdən öldürülüb

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023-cü il sentyabrın 19-da səhər saatlarından etibarən üç istiqamətdən işğaldan azad edilmiş geniş bərpa-quruculuq işləri aparılan ərazilər, o cümlədən Şuşa şəhəri müxtəlif növ minaatanlar, toplar və artilleriya qurğuları ilə atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət ittihamçısı Vüsal Abdullayev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Qeyd olunub ki, atılan mərmilərdən birinin həmin tarixdə saat 16 radələrində Şuşa şəhəri ərazisində “Şuşa şəhəri Dövlət Qoruğu” Publik Hüquqi Şəxsin mütəxəssisi Fərhadov Vidadi Aydın oğlunun yanına düşərək partlaması nəticəsində sonuncu qəsdən öldürülüb.

Bundan başqa, 2023-cü il sentyabrın 19-da saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Quliyev Fərhad Hüseynağa oğlu və sürücü Sadıxov Samir Sabiroviçin idarə etdiyi yol çəkilişi üçün nəzərdə tutulan texnika ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun ərazisində təmir bərpa işləri apararkən tank əleyhinə minalardan birinin partlayışına məruz qalaraq qəsdən öldürülüblər.

Həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının minaya düşmələri barədə məlumat alıb hadisə yerinə yola düşən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları həmin yolda birinci partlayışın baş verdiyi yerdən 100 metr məsafədə növbəti digər tank əleyhinə minalardan birinin partlayışına məruz qalıb, nəticədə avtomobilin sürücüsü həmin Alayın polis nəfərləri Camalzadə Asim Knyaz oğlu, Zamanov Xəzər Azər oğlu, Mahmudov Seymur Elsevər oğlu və Şirinov Ramil Arif oğlu sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində qəsdən öldürülüblər.

Bildirilib ki, keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində 24 saatdan da az müddətdə Azərbaycan Respublikasının suveren əraziləri olan Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Kəlbəcər, Tərtər rayonları 2023-cü il sentyabrın 20-də işğaldan tamamilə azad edilib, bu zaman ümumilikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 205 nəfər hərbi qulluqçusu qəsdən öldürülüb, 1004 nəfər hərbi qulluqçusuna müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Fevral 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri