Icma.az
close
up
RU
Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda qızıl bazarı uzun illərdir həm investisiya, həm də zərgərlik sektorunda mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 4.5 milyard ABŞ dolları dəyərində 44.4 ton qızıl idxal olunub. Eyni dövrdə ölkədə yalnız 2.6 ton qızıl istehsal edilib. Bu rəqəmlər göstərir ki, daxili istehsal idxaldan xeyli geri qalır və bazar əsasən xarici məhsullara yönəlmiş vəziyyətdədir. Bu isə bir sıra vacib sualları gündəmə gətirir: Azərbaycanda hansı ölkələrin qızılına böyük tələbat var? Ölkələrin qızılları hansı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir? İdxalı azaltmaq imkanlarımız varmı? Yerli zərgərlərin məhsuldarlığı necədir, onların məhsullarına tələbat varmı?

Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İdxalda lider ölkələr

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirir ki, idxal statistikasına əsasən, Azərbaycana qızıl Rusiya, Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdən gətirilir: "Bu ölkələr qızıl hasilatı, emalı və ticarəti sahəsində dünya bazarında əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə İsveçrə və Böyük Britaniyadan idxal olunan qızıl əsasən bank külçələri və investisiya məqsədli məhsullar kimi istifadə olunur. Türkiyə və İtaliya qızılı daha çox zərgərlik sənayesi üçün nəzərdə tutulur. Rusiya və Qazaxıstan isə Azərbaycana əsasən xammal və yarımemal qızıl tədarük edən ölkələr sırasında yer alır".

Özünəməxsus xüsusiyyətlər

Ekspertin sözlərinə görə, qızılın mənşə ölkəsi onun keyfiyyət göstəricilərinə, emal texnologiyasına və istifadə sahəsinə birbaşa təsir göstərir: "Məsələn, İsveçrə qızılı yüksək saflığı (99.99%) və beynəlxalq sertifikatlaşdırma standartlarına uyğunluğu ilə tanınır. Bu səbəbdən İsveçrə külçələri əsasən maliyyə qurumları və investisiya məqsədli alıcılar üçün cəlbedici hesab olunur. Türkiyə və BƏƏ qızılı dizayn müxtəlifliyi və zərgərlik məmulatlarının geniş çeşidi ilə seçilir. Bu ölkələrdən Azərbaycana əsasən hazır zərgərlik məmulatları idxal edilir. Region ölkələrində olduğu kimi, Azərbaycanda da türk və ərəb istehsalı olan zinət əşyalarına tələbat yüksəkdir. Satışda olan zərgərlik məhsullarının təxminən 3 faizi brend məmulatlardan ibarətdir ki, onlar da əsasən İtaliya və İspaniya mənşəlidir. Xüsusilə İtaliya qızılı incə işlənməsi, zərif dizaynı və premium seqmentdə tanınması ilə fərqlənir. BƏƏ qızılı qlobal ticarət mərkəzi funksiyasını daşıyır və qiymət baxımından rəqabət qabiliyyətli hesab olunur".

Daxili istehsal yetərli deyil

Rövşən Əmircanov onu da vurğulayır ki, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür: "Qızıl idxalını qısa müddətdə tam şəkildə azaltmaq real görünmür. Bunun əsas səbəbi qızılın eyni zamanda investisiya aləti, zərgərlik xammalı və strateji ehtiyat kimi çoxşaxəli funksiyaya malik olmasıdır. Bununla belə, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür. İlk növbədə, daxili qızıl hasilatının artırılması vacib amillərdən biridir. Hazırda Azərbaycanda qızıl hasilatı həyata keçirilsə də, mövcud həcmlər daxili tələbatı tam ödəmək üçün yetərli deyil. Digər tərəfdən, yerli emal və zərgərlik sənayesinin inkişafı idxal olunan hazır məmulatların həcmini azaltmağa imkan verir. Bundan əlavə, alternativ investisiya alətlərinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi qızıla olan tələbatı müəyyən qədər zəiflədə bilər. Lakin mövcud şəraitdə qızıl idxalı Azərbaycanın iqtisadi və maliyyə sisteminin təbii və zəruri tərkib hissəsi olaraq qalmaqdadır".

Milli ornamentli məhsullara tələbat yüksəkdir

Mütəxəssis yerli zərgərlik sənayesinin mövcud vəziyyətinə toxunaraq deyir ki, Azərbaycanda zərgərlik sənəti nəsildən-nəslə ötürülən, milli-mədəni dəyərlərlə sıx bağlı sahədir: "Yerli zərgərlər həm ənənəni qoruyur, həm də müasir dizayn trendlərinə uyğun məhsullar təqdim edirlər. Milli ornamentli və fərdi sifarişlə hazırlanmış məhsullar geniş tələb görür, zərgərlər müasir avadanlıq və kompüter dizayn proqramlarından istifadə edərək məhsulların keyfiyyətini və vizual cəlbediciliyini artırırlar. Müştərinin istəklərinə çevik yanaşma isə yerli istehsalın üstünlüyünü daha da artırır".

Rövşən Əmircanov qeyd edir ki, son illərdə yerli zərgərlik məhsullarına maraq artır, idxal məhsullarının payı isə tədricən azalır. Bu tendensiya Azərbaycanın zərgərlik sektorunun öz potensialını gücləndirməyə başladığını göstərir və gələcəkdə yerli məhsulların bazarda daha da üstünlük qazanacağını göstərir.

Yerli məhsullar bazarda üstünlük təşkil edir

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev bildirir ki, COVID-19 pandemiyasından əvvəl Azərbaycan zərgərlik bazarının təxminən 70 faizi idxal məhsullarına əsaslanırdı. "Pandemiya dövründə logistika problemləri və qapanmalar müəyyən dəyişikliklər yaratdı və yerli zərgərlik sənayesi üçün yeni imkanlar açdı. Həmin dövrdə həm vergi, həm də gömrük güzəştləri tətbiq olundu və yerli istehsal gücləndi. Hazırda bazarın təxminən 60 faizi Azərbaycan istehsalı olan zərgərlik məmulatlarından ibarətdir", - deyə ekspert vurğulayır. Onun sözlərinə görə, qızılın qiymətinin artması, dünya miqyasında müharibələr və iqtisadi böhranlar həm xam qızıl, həm də hazır zərgərlik məmulatlarına tələbi artırır: "Azərbaycan həm xam qızıl ixrac edir, həm də idxal həyata keçirir. Çünki qiymət sürətlə artır və qızıl investorlar üçün cəlbedici alət hesab olunur".

Bazarın inkişafı ləngiyə bilər

Mütəxəssis qızıl idxalını azaltmağı məqsədəuyğun saymır. Onun fikrincə, bu addım bazarda mənfi tendensiyalar formalaşdıra bilər: "Çünki idxal olunan ölkələrdə zərgərlik sənayesi yüksək səviyyədədir. Bu məhsullar yerli istehsal üçün rəqabət yaradır və daha fərqli dizaynların, yeni kolleksiyaların ərsəyə gəlməsini təmin edir. Yerli sənayeni stimullaşdırmaq vacibdir, lakin istehlakçının seçim imkanını məhdudlaşdırmaq doğru deyil".
Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:460
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Yanvar 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri