Icma.az
close
up
RU
Asif Mərzili “Nəşriyyat”dakı vəziyyətdən DANIŞDI KONKRET

Asif Mərzili “Nəşriyyat”dakı vəziyyətdən DANIŞDI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur. Lakin buna baxmayaraq orada yerləşən sayt və qəzetlərin aqibəti bəlli deyil. Uzun illərdir Azərbaycan Nəşriyyatında fəaliyyət göstərən bu mətbu orqanlar harada yerləşəcəklərini də bilmirlər. Digər tərəfdən, köçmək üçün vaxtın az qalması da əlavə problemlərə yol açır.

Mövcud vəziyyətlə bağlı KONKRET.az-a açıqlamasında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirib ki, 33 ildir Azərbaycan Nəşriyyatında yerləşirlər.

“Bu müddət ərzində nəşriyyata təxminən 50–100 min manat həcmində icarə haqqı ödəmişik. İndeksasiya ilə hesabladıqda da ödənişləri hər zaman vaxtında və dürüst şəkildə etmişik. Hazırda nəşriyyat rəhbərliyi ilə münasibətlərimizdə ciddi problem yoxdur, qarşılıqlı səmimiyyət mövcuddur. Lakin şəraitimizin özünəməxsus həssas tərəfləri var. Burada 33 ilin arxivi saxlanılır. Ondan əvvəl Azərbaycan qəzetində, “Ədalət” qəzetində, daha əvvəl isə “Respublika” qəzetində çalışmışam və həmin dövrlərə aid materiallar da daxil olmaqla, mətbuat tariximizin zəngin və dəyərli arxivi məhz burada qorunur.

Son bir neçə il ərzində kifayət qədər böyük vəsait xərcləyərək bütün redaksiya otaqlarını əsaslı şəkildə təmir etdirmişik. Bunun əsas səbəbi xaricdən gələn qonaqları, Türkiyə, İran, Rusiya, Ukrayna, Almaniya, Qazaxıstan və digər ölkələrdən olan media nümayəndələrini layiqli şəraitdə qəbul etmək idi. Çünki bu, eyni zamanda Azərbaycan mediası haqqında formalaşan ümumi təsəvvürə də təsir göstərir. Təmir işləri aparılıb, yeni mebel dəstləri alınıb, redaksiya əməkdaşları üçün lazımi iş şəraiti yaradılıb.

Gələn qonaqlar dəfələrlə bu şəraiti yüksək qiymətləndirərək, Azərbaycanda mediaya belə imkanların yaradılmasını müsbət hal kimi vurğulayıblar. Lakin təəssüf ki, ayın əvvəlindən etibarən köçməli olduğumuz barədə məlumat almışıq. Bu xəbərdən ötən həftənin cümə günü xəbər tutduq. İndi əsas sual budur: hara köçək? Kənar məkanlarda vəziyyət son dərəcə çətindir, üstəlik Azərbaycanda medianın maliyyə durumu hər kəsə bəllidir. Bu qədər avadanlıq, mebel və ən əsası, arxiv var. Bunların hamısını hara və necə köçürəcəyimizi bilmirik. Çıxılmaz bir vəziyyətdəyik. Əlbəttə, texniki baxımdan evdən də fəaliyyət göstərmək olar. Amma redaksiyaya şikayətçilər, oxucular, qonaqlar gəlir”.

Asif Mərzili fikirlərini belə davam etdirib:

“Azərbaycan Nəşriyyatı Mətbuat prospektində yerləşir. Bu prospektin adı da zamanında burada fəaliyyət göstərən qəzet və redaksiyalara görə verilib. İndi isə belə çıxır ki, mətbuat prospektinin öz mahiyyəti sual altına düşür. Bizim mövqeyimiz ondan ibarətdir ki, alternativ və uyğun şərait yaradılmalıdır. Aidiyyəti qurumlar mətbuat üçün münasib qiymətlərlə məkan təklif etməlidirlər. Mən bu təklifi sosial şəbəkə hesabımda da səsləndirmişəm, saytda da qeyd olunub: mövcud otaqlarımız yüksək səviyyədə təmir olunub, iki geniş və əlverişli otaqdır. Təklifimiz belədir ki, otaqlar hələlik bağlansın, biz isə müvəqqəti olaraq başqa bir məkanda fəaliyyət göstərək.

Təmir işləri altı ay, bir il davam etsə belə, yekunda yenidən öz otaqlarımıza qayıdaq. Çünki bu qədər mebelin, avadanlığın və sistemləşdirilmiş arxivin köçürülməsi ciddi itkilərə səbəb ola bilər. Arxivimizdə Ulu Öndər Heydər Əliyev, Mehriban xanım Əliyeva, Prezident İlham Əliyev və digər görkəmli şəxslər haqqında kitablar, sənədlər və nadir materiallar saxlanılır. Bunların hamısı qorunmalı olan dəyərlərdir. Hazırda isə bütün bunları hara yerləşdirəcəyimizi bilmirik, çıxış yolumuz yoxdur.

Bu məsələni Mətbuat Şurasının sədri hörmətli Rəşad Məcidin diqqətinə də çatdırmışam və xahiş etmişəm ki, Prezident Administrasiyası səviyyəsində müzakirə edilsin. İstəyimiz odur ki, məsələ səs-küyə çevrilmədən, Mətbuat Şurası və ya Azərbaycan Nəşriyyatı səviyyəsində həll yolunu tapsın”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri