Icma.az
close
up
RU
2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı

2,5 milyon erməni təşvişdə: Son plan uğursuz oldu, geri sayım başladı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlarda bir çox erməni ekspertlər yaxın müddətdə Ermənistanın bir dövlət kimi yox olacağını iddia edirlər. Ölkənin müharibə və qarşıdurma olmadan, yanlış siyasət xətti ilə müstəqilliyi və suverenliyinin itirilmə riskinin olduğu bildirilir.

Buna bir çox səbəb göstərilir, lakin əsas məsələ əhali azlığı kimi təqdim olunur. Məlumata görə, xüsusilə 44 günlük müharibə və bir günlük antiterror əməliyyatlarından çox sayda insan ölkəni birdəfəlik tərk edib. Ermənilərin əksəriyyəti ölkədə gələcəyin olmayacağını düşünür və xarici dövlətlərə köçməyi planlayırlar.

Bəzi ekspertlərin fikrincə, Ermənistan ictimaiyyətinin narahatlıqlarından biri də Türkiyə və Azərbaycanın artan nüfuzu, türk birliyinin son zamanlarda daha çox gündəmə gəlməsidir. Həmçinin sülh müqaviləsi imzalandıqdan sonra Qərbi azərbaycanlıların geridönüş ehtimalının da erməniləri təşvişə saldığı deyilir.

2,5 milyon erməni əhalisi 200 milyonluq Türk dünyasından çəkindiyi üçün geri addım atır? Qərbi Azərbaycana qayıdış konsepsiyası bu baxımdan necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistanda hazırda demoqrafik vəziyyət pisdir:

“Əhalinin sayı sürətli azalır. Bu proses hələ XXI əsrin əvvəllərindən, keçmiş prezident Robert Köçəryan hakimiyyətinin ilk illərində başlamışdı. O tarixdən bu yana Ermənistandan kütləvi köç müşahidə olunur, ölkə demək olar boşalır. Xaricdə təhsil adı ilə Ermənistandan çıxan gənclər geri qayıtmaq istəmir. Çünki əmək haqqları çox aşağıdır, ölkə gün getdikcə daha da pis vəziyyətə düşür.

Baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra bu prosesin qarşısını almağa çalışır. Məsələ ilə bağlı tədbir məqsədi ilə planlanan sosial layihələrin icrası baş tutmadı, çünki Ermənistanın bunun üçün kifayət qədər büdcəsi yoxdur. Gedənlərin əvəzinə Suriya və Livandan ermənilərin köçürülməsinə start verilib. Hazırda yeni məskunlaşma yerlərində yaşayanların böyük əksəriyyəti məhz Yaxın Şərqdən gələn ermənilərdir”.


Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, ermənilər üçün çətin proses başlayıb:

“Buna paralel olaraq isə Türk dünyası getdikcə güclənir. Türk Dövlətlər Təşkilatının fəaliyyətini gücləndirmək üçün ardıcıl şəkildə işlər görülür. Ermənistanın manevr imkanları çox məhdudlaşıb, xüsusilə İrəvan hökumətinin yaxın müttəfiqlərindən olan ABŞ Prezidenti Co Bayden artıq hakimiyyətdən gedir. Həmçinin Fransa Prezidenti Emmanuel Makron da yol üstündədir. Beləliklə Ermənistan bir dövlət kimi var olmasının qarantı Azərbaycan və Türkiyə ilə normal münasibət quraraq dinc qonşuluq mühitində yaşamaqdır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri