Icma.az
close
up
RU
Gəncə: Geri sayım başladı!

Gəncə: Geri sayım başladı!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MDB Oyunlarına 4 həftə qaldı

Sentyabrın ilk günündə Gəncə həm simvolik, həm də tarixi bir hadisəyə şahidlik etdi. III MDB Oyunlarının rəsmi “Geri sayım” mərasimi minlərlə şəhər sakininin ürəyində qürur, həyəcan və sevinc oyatdı, Gəncənin, Azərbaycanın regionlarının dünya miqyasında yeni bir səhifə açmasından xəbər verdi...

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və digər rəsmi şəxslər iştirak etdilər.

Adil Tağıyev çıxış edərək bildirdi ki, MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhəri tamamilə yenilənir. Şəhər stadionu yenidən qurulur, Qafqazın ən böyük idman sarayı inşa edilib. Bu təkcə idman üçün deyil, bütövlükdə şəhərin gələcəyi üçün böyük addımdır. 

“Belə mötəbər tədbirin Gəncədə keçirilməsi şəhərimizin tarixinə qızıl hərflərlə yazılacaq,” – deyə Tağıyev vurğuladı.

 Nazir Fərid Qayıbov isə çıxışında Gəncə sakinlərini oyunlar zamanı idmançılara güclü dəstək göstərməyə çağırdı: “Artıq geri sayım başlayıb. Bir aydan az vaxt qalıb. Bu oyunlar ilk dəfə regionlarda keçiriləcək və Gəncə bu böyük ailənin ürəyi olacaq”, – deyə, nazir qeyd etdi.

Rəsmi hissədən sonra mərasimin emosional zirvəsi yaşandı: III MDB Oyunlarının rəsmi maskotları – Bəbir və Leyla ictimaiyyətə təqdim olundu. Enerjili, mehriban və simvolik bu maskotlar oyunlara xüsusi rəng qatacaq.

Geri sayım saatı işə salındı və bu saat hər saniyə bizi böyük günə – 28 sentyabra yaxınlaşdırır.

Gecə məşhur ifaçılar Emiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə keçirilən konsert proqramı ilə yadda qaldı. Səhnədən yüksələn hər bir mahnı, alqış sədaları, rəqs edən gənclər bir daha göstərdiki, bu oyunlar təkcə idman yarışı deyil, birliyin, dostluğun və gələcəyə inamın təntənəsidir.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq.

Azərbaycan artıq neçə-neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Lakin bu dəfə məsələ fərqlidir. Bu dəfə regionlar danışacaq, regionlar parlayacaq!

İndi hər birimizin vəzifəsi budur: meydanda idmançılar mübarizə aparacaq, tribunada isə biz. İnanırıq ki, Gəncə sakinləri və bütün azərbaycanlılar dəstəyimizlə tarix yazacaq.

Hazır olun, geri sayım artıq başlayıb!

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri 

Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri