Icma.az
close
up
RU
Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə Son çarə Bakıdır

Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə Son çarə Bakıdır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Globalinfo.az analitik Aqşin Kərimovla müsahibəni təqdim edir:

— Aqşin bəy, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə ilə bağlı mövqeyini yenidən təkrarlayıb. O, “Tramp marşrutu”nun (TRIPP) Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın buna qarşı çıxdığını bildirib. İran–Azərbaycan münasibətlərində bir müddətdir davam edən normallaşma prosesi fonunda bu açıqlama nəyə hesablanıb?

— Bu addım İran xarici siyasətində Azərbaycanla konstruktiv münasibətlərə cavab olaraq mühafizəkar dairələrin reaksiyası kimi şərh oluna bilər. Lakin daha dərin qatlarda bu, İranın regional siyasətinin dəyişmədiyinə işarə edir. Radikal düşərgə ilə mötədil qüvvələr arasında mövcud olan çəkişmə Tehranın yeni ambisiyalar formalaşdırmaq üçün həyata keçirdiyi kompleks tədbirlərin tərkib hissəsi olan diskursdur.

İranın xarici siyasətindəki dəyişikliklər taktik xarakter daşıyır, strateji yanaşmaların yer dəyişməsidir və bu, ümumilikdə Tehranın zəifləyən durumu ilə bağlıdır. Sözügedən kontekst Əli Xameneinin təlimat və direktivlərindən kənar mahiyyət daşımır – hər nə qədər Prezident Məsud Pezeşkian və hakimiyyətdəki liberal düşərgə fərqli mövqeyə dair fon yaratsa da.

Əli Xamenei nüvə danışıqları kontekstində müharibə variantını öz varisliyini qorumaq baxımından önəmli hesab edir. Digər tərəfdən, ABŞ və İsrailə qarşı sərt ritorika formalaşdırsa da, sanksiyaların aradan qaldırılması müqabilində həm öz hakimiyyətinin maliyyə kanallarını genişləndirməyi hədəfləyir, həm də ABŞ və İsrailə müəyyən güzəşt sahəsi tanımağın zəruriliyini dərk edir. Bu, İran strategiyasının Suriyada fiaskoya uğramasından sonra yaranan reallıqdır. Əks təqdirdə, Əli Xameneinin varisliyi ilə bağlı ciddi problemlər yaranar.

İran hələ də İraqda güclü təsir rıçaqlarına malikdir. Son parlament seçkilərinin ardınca da İraqda Tehranın himayəsində olan partiya və qüvvələr səs çoxluğu qazana biliblər.

— Deməli, İranın “Tramp marşrutu”na qarşı çıxması əslində daha çox ABŞ faktoru ilə əlaqəlidir?

— ABŞ İraqda İrana qarşı əməliyyatların çərçivəsini genişləndirmək üçün Milli Müdafiə Səlahiyyəti Aktı vasitəsilə hərəkətə keçib. Bu, Vaşinqtonun Yaxın Şərqdəki mövcudluğunu yeniləyən və Bağdadla təhlükəsizlik münasibətlərini yenidən tənzimləyən bir sıra strateji tədbirləri nəzərdə tutur. Rəsmi Bağdaddan tələb edilir ki, ABŞ-dan alacağı təhlükəsizlik yardımının miqyası İraqın İran proksilərinə qarşı açıq və etibarlı tədbirlər görməsindən asılı olsun.

İraqla bağlı bu addımlar ABŞ-ın yeni qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyası ilə də səsləşir. Həmin Strategiyada İran regional sabitliyi pozan əsas qüvvə kimi bir daha tanınır. Bu isə o deməkdir ki, Tehran növbəti zərbəni məhz İraqda ala bilər.

— Qeyd etdiniz ki, İran növbəti zərbəni İraqda ala bilər. Bəs İsrail?

— İran və İsrail mümkün növbəti eskalasiyaya hərbi hazırlıq gördüklərini açıq şəkildə nümayiş etdirirlər. İranda hesab edirlər ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük İran–İsrail müharibəsi qısa, lakin şiddətli qarşıdurma kimi ölkənin xeyrinə nəticələnib. Lakin əsas məsələ həmin dövrdən sonra formalaşan yeni atmosferdir ki, bu da növbəti müharibəyə hazırlıq anlamına gəlir.


Aqşin Kərimov

İran İslam Respublikası hərbi-siyasi idarəetməni müəyyən edən mexanizmlərin koordinasiyasını asanlaşdırmağa çalışmaqla paralel olaraq ictimai rəydə də müharibəyə hazırlıq səylərini nümayiş etdirir. İsrailə gəldikdə isə, münaqişə zamanı yəhudi dövlətinə atılan İran ballistik raketlərinin böyük hissəsini zərərsizləşdirən “Arrow” tutucu raketlərinin kütləvi istehsalına başlanılıb və İranla mümkün müharibənin yeni mərhələsi üçün informasiya əməliyyatları genişləndirilib.

— Aqşin bəy, ümumilikdə həm Azərbaycan–İran münasibətlərində, həm də Tehranın Qərblə əlaqələrində müəyyən tutarsızlıq müşahidə olunur. Sanki iki fərqli İran var: biri uzlaşan, konstruktiv və mülayim, digəri isə aqressiv və destruktiv…

— İranda Seyid Əli Xameneinin ideya və çağırışları ilə uzlaşmayan alternativ dini qüvvələrin fəallaşdırılması prosesi gedir. Bu, Qərbin cazibəli təsirləri ilə formalaşmış ideologiya vasitəsilə İranda hakimiyyətin dəyişdirilməsi planlarının iflasa uğramasından sonra yenilənən strategiyanı əks etdirir.

İranda dini təməllərə əsaslanan trayektoriyada hakimiyyətə qarşı müqavimət dilinin və hərəkət formalarının dəyişdiyini göstərən mühüm proseslər baş verir. Ölkədə dərin siyasi dəyişikliklərə dəstək verməyə çalışan, bəluc təşkilatlarının koalisiyası olan yeni yaradılmış Xalq Döyüşçüləri Cəbhəsi dekabrın 10-da qəbul etdiyi nizamnamədə məqsədlərini açıqlayıb. Koalisiya müstəqil Bəlucistana çağırış etmək əvəzinə, İslam Respublikasını devirmək üçün digər müxalifət qrupları ilə birləşməyə yönəlmiş kimi görünür. Bu koalisiyada əsas söz sahibi sələfi-cihadçı təşkilat olan “Ceyş əl-Ədl”dir.

Cəbhənin ABŞ və İsrail tərəfindən geosiyasi qazanclara hesablanmış alət kimi yönləndirildiyi və ona İran rejimi ilə mübarizə üçün müasir üsyançı taktikalardan istifadə tapşırıqları verildiyi ehtimal olunur. Bununla yanaşı, Xalq Döyüşçüləri Cəbhəsi İranda legitimliyini artırmaq üçün media əlaqələrindən və ictimai fikir mübadiləsindən istifadə edə biləcəyinə dair eyhamlar da vurur. Bu çağırışlar koalisiyanın özünü Tehran rejiminə qarşı xalq etirazlarının flaqmanı kimi təqdim etmək niyyətində olduğunu göstərir.

Bütün bu proseslər fonunda sıxışan İranın Zəngəzur dəhlizi ilə bağlı sərt ritorika nümayiş etdirməsi təkrarlanan instinktiv davranışdan başqa bir şey deyil. İran Vilayətinin hədə dili ilə həm daxili, həm də xarici təzyiqlər arasında sıxıldığını ört-basdır etməyə çalışır. Daha geniş geosiyasi kontekstdə isə İranın Rusiya, Çin və Hindistanla koordinasiyalı hərəkət imkanları məhduddur. Ən önəmlisi isə odur ki, Kreml Tehranla hərbi-texniki əməkdaşlığı dərinləşdirsə də, ümumilikdə Rusiyanın İranın regional təhlükəsizlik qayğılarına real dəstək vermədiyi müşahidə olunur. Bu səbəbdən Tehran rejimi Zəngəzur dəhlizi təşəbbüsü üzərindən ABŞ ilə sövdələşmə kanalları axtarır.

— ABŞ İranın Zəngəzur dəhlizi üzərindən sövdələşmə cəhdlərinə cavab verəcəkmi?

— Bu kontekst Tehran üçün xüsusi əhəmiyyət daşıyır və əsas hədəflərdən biri Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra regional bölgüdə payını artırmaqdır. Görünür, İran ABŞ–Azərbaycan münasibətlərindən istifadə edərək özünü bu tərəfdaşlığa qarşı alternativ imicdə təqdim etməyə çalışır. Lakin bu, daha çox fon xarakteri daşıyır. Çünki İran Azərbaycanın Ermənistanda formalaşdırdığı nüfuz trayektoriyasının əhəmiyyətini dərk edir və sadəcə “hədə” dili ilə öz payını genişləndirməyə çalışır. Bu yanaşma İsraillə mümkün yeni hərbi eskalasiyaya hazırlıq fonunda itirilmiş geosiyasi mövqelərin kompensasiyası məqsədi daşıyır.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri