25 milyon insan yanğın təhdidi ilə üzüzədir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu həftə Cənubi Kaliforniyada meşə yanğınlarına səbəb olan güclü küləklərin güclənəcəyi gözlənilir.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu, yanğınlara görə məhdudlaşan görünmə imkanını daha da azaldacaq və yanğınsöndürənlərin insanların həyatlarını xilas etməsini çətinləşdirəcək.
Milli Meteoroloji Xidmət bu gün yerli vaxtla saat 18:00-a qədər "qırmızı bayraq" xəbərdarlığı edib ki, bu da "yanğının ekstremal xarakter almaqla həyati təhlükə törətdiyi”ndən xəbər verir. Xəbərdarlığın Cənubi Kaliforniya və San Fransisko Körfəz Bölgəsində 25 milyon insana təsir edəcəyi gözlənilir.
Los-Ancelesin şimal-qərbində yerləşən Ventura qraflığında bütün məktəblər yanğınlar səbəbindən cümə gününə qədər bağlanıb.
Bu həftənin əvvəlində sinoptiklər xəbərdarlıq ediblər ki, "Cənubi Kaliforniya tarixindəki ən pis yanğınlardan birinin" baş verəcəyini göstərən şərtlər yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Noyabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















