Icma.az
close
up
RU
“İnsanlıq zərərli təsirlərlə üzüzədir”

“İnsanlıq zərərli təsirlərlə üzüzədir”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son onilliklərdə insanlıq dünyanın müxtəlif mərkəzlərində hazırlanaraq, bizim də daxil olduğumuz regionlarda reallaşdırılmasına xüsusi səylər göstərilməkdə olan rəngarəng layihələr həyata keçirməyə, radikal dini təmayülləri yaymağa çalışan qrupların intensiv fəaliyyətinin zərərli təsirləri ilə üz-üzədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.

“Millətlərin identikliyi, dini dəyərləri və inancları, hər şeydən daha çox isə ənənəvi ailə dəyərlərinin dayaqlarının zəiflədilməsinə külli miqdarda maddi, siyasi və insani resurslar sərf edilməsi bizi daha sayıq olmağa və daxili gücümüzü səfərbər etməyə vadar edir. Bu sayaq cəhdlərin, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər.

Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarnın icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir. Dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər”, - Komitə sədri qeyd edib.

B.Muradova əlavə edib ki, müasir dövrdə ən zərərli meyllərdən olan dəyərsizləşdirmə, dini radikalizm və savadsızlığın yayılmasının qarşısını almaq üçün dini təhsili müasirləşdirmək və gənclər arasında düzgün dini dəyərləri müasir metodlarla təbliğ etmək vacibdir.

“Sosial media və onlayn platformalardan istifadə etməklə, gənc nəslə düzgün dini biliklər çatdırıla bilər. Həmçinin dini maarifləndirmə tədbirləri qadınların hüquq və azadlıqlarını dəstəkləməli, onların cəmiyyətdəki rolunu gücləndirməyə yönəlik mesajlara üstünlük verməlidir. Ailə, qadın və uşaq məsələlərində dini liderlərin maarifləndirici rolu artırılmalıdır.

Din adı altında ailələrə və uşaqlara mənfi təsir göstərən ideologiyaların qarşısının alınması üçün ictimaiyyətlə işə xüsusi diqqət edilməli, gənclərin dini radikal qrupların təsirinə düşməsinin qarşısını almaq üçün tədbirlərə Dini liderlər də cəlb olunmalıdır. Əlaqədar Dövlət qurumları və vətəndaş cəmiyyəti orqanlarının birgə fəaliyyəti dini radikalizmlə mübarizədə effektiv nəticələr verə bilər. Ciddi nəticələr verəcəyinə ümid etdiyimiz təsirli naarifləndirmə proqramları üzərində işləmək üçünsə ilk növbədə mövcud vəziyyətin təhlili və obyektiv hesabatlar tərtib olunması sahəsində birgə layihələr reallaşdırılmalı, onların nəticələrini qiymətləndirmək və təkmilləşdirmək üçün mütəmadi tədqiqatlar aparılmalıdır. Digər ölkələrin ailə və dini maarifləndirmə sahəsində təcrübələrindən faydalanaraq yerli modellər inkişaf etdirilməlidir”, - sədr bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri