250 dən çox ev üçün böyük dəyişiklik
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massivində küçə qaz xətlərinin çəkilişi davam etdirilir.
Bu barədə "Yeni Sabah"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazlaşmayan ərazilərin təbii qazla təmin olunması məqsədilə aparılan işlər çərçivəsində yaşayış massivində müxtəlif diametrli borularla ümumilikdə 21 min metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Dördpendirli pizza
Hazırda 18 min metr qaz xəttinin çəkilişi tamamlanıb. Layihənin ilin sonunadək yekunlaşdırılması və nəticədə 250-dən artıq evin qazlaşdırılması planlaşdırılır.
Sahədə işlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir. Əməkdaşlar işə başlamazdan əvvəl təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırılırlar.
Uzun illərdir ərazidə yaşayan sakinlər isə təbii qaz xəttinin çəkilişini gözlədiklərini bildiriblər. Kənd sakini Əli Əliyev qeyd edib ki, 1999-cu ildən bu ərazidə yaşayır və qazın olmaması səbəbindən evlərini odun və digər yanacaq vasitələri ilə qızdırıblar.
Layihə başa çatdıqdan sonra Tatarlı kəndinin yeni yaşayış massivindəki sakinlərin də təbii qazdan istifadə imkanı yaranacaq.
Baxış sayı:111
Bu xəbər 16 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















