MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mülkiyyətində olan qeyri-yaşayış sahələri və zirzəmilər hərraca çıxarılacaq. Əmlakların başlanğıc qiymətləri 1 milyon manatdan başlayır.
BAKU.WS-in məlumatına görə, hərrac 29 oktyabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan əmlaklar Yasamal və Hövsan yaşayış komplekslərində yerləşir.
Siyahıda ümumilikdə 14 lot üzrə qeyri-yaşayış sahələri və onlara aid zirzəmilər yer alıb. Yasamal Yaşayış Kompleksinin birinci və ikinci mərhələlərində yerləşən obyektlərin lot üzrə başlanğıc qiymətləri 1 milyon 542 min manatdan 1 milyon 916 min 320 manatadək dəyişir.
Hövsan Yaşayış Kompleksindəki əmlakların lot üzrə başlanğıc qiymətləri isə 1 milyon 61 min 60 manatdan 1 milyon 226 min 739 manatadək müəyyən edilib.
Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətindən əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:347
Bu xəbər 29 Oktyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















