“250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” Səbinə Əliyeva FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
"Milli qanunvericilikdə və beynəlxalq sənədlərdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, təəssüf ki, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir".
Bizim.Media xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmiz bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdəndir:
"XX əsrin əvvəllərində soyqırıma məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi",- deyə o vurğulayıb.






Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Fevral 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















