Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İranda iğtişaşlar və ABŞ–İran qarşıdurması fonunda rejim dəyişikliyi əsas siyasi müzakirə mövzusu olsa da, bu istiqamətdə vahid beynəlxalq mövqe formalaşmayıb. İran daxilində teokratik sistemə qarşı siyasi qüvvələr və geniş əhali narazılığı mövcud olsa da, rejimin dəyişdirilmə prosesinin ölkənin parçalanması ehtimalı regional və qlobal gücləri ehtiyatlı davranmağa məcbur edir.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, dünya və regionun əsas gücləri Yaxın Şərqin mərkəzində yeni qeyri-stabil dövlətlərin, münaqişə ocaqlarının yaranmasında maraqlı deyil:
"Müasir İran böyük güclər üçün bölgədə tarazlayıcı və eyni zamanda parçalaycı mərkəz rolunu oynayır. Hazırki formada İranın mövcudluğu regionda Qərb üçün ərəb, Körfəz ölkələrinin iqtisadi, siyasi və hərbi dəyərini artırır. İranın dağılması təkcə daxili siyasi transformasiya deyil, həm də etnik və dini məzhəb xətləri üzrə zəncirvari qarşıdurmalar yarada bilər. Vahid İran yerli etnik və dini mənsubiyyət tarazlığının qorunması deməkdir".
V. Dadaşovun fikrincə, buna görə də Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir. Ankara üçün əsas təhlükə Cənubi Azərbaycanın taleyindən çox, İranın qərbində kürd dövlətçiliyinin formalaşmasıdır. İranın zəifləməsindən kürd muxtariyyəti və ya müstəqillik prosesi sürətlənə bilər. Bu, Türkiyənin İraq, Suriya və İran sərhədləri boyunca ciddi təhlükə və yeni geosiyasi reallıq yarada, Ankara üçün birbaşa milli təhlükəsizlik riski formalaşdıra bilər.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Fevral 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















