Icma.az
close
up
RU
UNİSEF nümayəndəsi: Ukrayna müharibə başlayandan ən ağır qışı yaşayır

UNİSEF nümayəndəsi: Ukrayna müharibə başlayandan ən ağır qışı yaşayır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 fevral, AZƏRTAC

Ukrayna genişmiqyaslı müharibənin başlanğıcından bəri ən ağır qışı yaşayır. Temperatur mənfi 20 dərəcədən aşağı düşür, enerji infrastrukturuna zərbələr yüz minlərlə insanı istilik və elektrik enerjisiz qoyur.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkədə BMT-nin Uşaq Fondunun (UNİSEF) sahə əməliyyatları üzrə rəhbəri Kenan Madi məlumat verib.

Onun sözlərinə görə, dekabrın sonundan etibarən enerji obyektlərinə hücumlar artıb, bu da istilik təchizatı sistemlərinə və elektrik şəbəkələrinə ciddi ziyan vurub. Nəticədə iri şəhərlərdə ən vacib xidmətlərin göstərilməsi dayandırılır.

“Burada artıq üç il yarımdan çoxdur ki, çalışıram və şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu, Ukraynanın gördüyü ən çətin qışdır”, – deyə Madi bildirib.

UNİSEF-də vurğulayırlar ki, böhran uşaqlara xüsusilə ağır təsir göstərir. Ukrayna şəhərlərində insanların əksəriyyəti mərkəzləşdirilmiş istilik sisteminə uyğunlaşdırılmış çoxmərtəbəli binalarda yaşayır. İstilik olmadıqda alternativ istilik mənbələri tapmaq son dərəcə çətindir.

“Hazırda uşağın həyatı hərtərəfli çətinləşib”, – deyən Madi əlilliyi olan uşaqları nümunə göstərib. O, bu yaxınlarda ziyarət etdiyi reabilitasiya mərkəzi barədə danışıb. Elektrik enerjisinin kəsilməsi səbəbindən liftlər işləmədiyi üçün bir çox uşaq ora gedə bilmir.

“Bu uşaqlar artıq mənzillərindən çıxa bilmirlər. İçəridə temperatur iki–üç dərəcəyədək enir, istilik yoxdur. Bu da onların sağlamlığı üçün ciddi risklər yaradır”, – deyə o vurğulayıb.

Enerji təchizatındakı fasilələrə görə məktəblər bağlanır. Bu da uşaqları təhsil almaq imkanından məhrum edir. Madinin sözlərinə görə, uşaqlar “evdə, soyuqda, qaranlıqda oturur, məktəbə getmək imkanları yoxdur və bunun nə vaxt bitəcəyi hələ bilinmir”.

UNİSEF-də yalnız uşaqların fiziki vəziyyəti deyil, həm də onların psixi sağlamlığı narahatlıq doğurur.

“Bu gün hansısa konkret bir riski ayrıca seçmək çətindir. Uşaqlar bütün sahələrdə risk altındadır: təhsildə böyük itkilər, soyuq səbəbindən xəstəliklər, psixi sağlamlığa ciddi təzyiq, daimi qorxu və qaranlıq şəraitində yaşamaq”, – deyə UNİSEF nümayəndəsi bildirib.

Xüsusi narahatlıq həyatlarını davam etdirmək üçün elektrik enerjisi ilə işləyən xüsusi avadanlığa ehtiyacı olan ağır xəstəlikli uşaqların vəziyyəti ilə bağlıdır.

“Belə ailələrə alternativ enerji mənbələri ilə kömək etməyimiz üçün çoxlu müraciətlər alırıq”, – deyə Madi qeyd edib.

UNİSEF qış dövrü üzrə yardım proqramını genişləndirir. Təşkilat uşaqları olan ən həssas ailələrə nağd dəstək göstərir. Artıq 200 mindən çox insan bu yardımı alıb. Bundan əlavə, BMT-nin Uşaq Fondu müdafiə və psixososial dəstək proqramlarını inkişaf etdirir. Məktəblərə istilik avadanlığı almaq üçün qrantlar ayrılır.

Təşkilat həmçinin, kommunal müəssisələri dəstəkləyir, güclü generatorlar, təmir üçün avadanlıqlar və su ilə istilik təchizatı sistemlərinin bərpası üçün materiallar təqdim edir. UNİSEF fövqəladə xidmətlərlə birgə isinmə məntəqələrinin qurulmasına kömək edir, insanların isinmək, cihazlarını doldurmaq və psixoloji dəstək almaq üçün müraciət edə biləcəkləri yerlər yaradılır.

Madinin sözlərinə görə, humanitar işçilər də şəhər sakinləri ilə eyni şəraitdə, yəni işıqsız və istiliksiz yaşayırlar. Buna baxmayaraq, ukraynalıların dözümlülüyündən ilham alaraq missiyalarını davam etdirirlər.

“Müharibənin uşaqlar üçün mənfi nəticələri çox böyükdür və onların öhdəsindən gəlmək son dərəcə çətindir. Söhbət təkcə maliyyələşmədən getmir. Söhbət yalnız humanitar reaksiyadan da getmir. Məsələ ondadır ki, bir gün hamımız Ukraynanın uşaqları və bütün planet naminə sülh şəraitində yaşaya bilməliyik. Ümid edirik ki, həmin gün gələcək. Hələlik isə biz işləməyə davam edirik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri