Icma.az
close
up
RU
26 Avqust Laçının yeni tarixinin başlanğıcı ŞƏRH

26 Avqust Laçının yeni tarixinin başlanğıcı ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

26 Avqust – Laçın Şəhəri Günü Laçının tarixini, işğaldan azad olunmasını və bu gün yaşadığı böyük dirçəlişi özündə birləşdirən əlamətdar tarixdir. Laçın qədim tarixi, zəngin təbiəti və strateji mövqeyi ilə Azərbaycanın xüsusi əhəmiyyət daşıyan bölgələrindən biridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı. Lakin 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə bu ədalətsizliyə son qoydu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının azad edilməsi tarixi ədalətin bərpasının mühüm göstəricilərindən biri oldu və bu tarixi Qələbənin şərəfinə “Laçının azad olunmasına görə” medalı təsis edildi. Bu, Laçının azadlığı uğrunda mübarizə aparan hərbçilərin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də bu tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. Azadlıqdan sonra Laçın rayonunda yeni inkişaf dövrü başladı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, yollar və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Laçının enerji potensialından səmərəli istifadə istiqamətində də mühüm layihələr həyata keçirilir. Su elektrik stansiyalarının və digər enerji obyektlərinin yaradılması rayonun enerji təminatını gücləndirməklə yanaşı, onun iqtisadi potensialının artırılmasına da xidmət edir.
Rayonda yol-nəqliyyat infrastrukturu da yenilənir və genişləndirilir. Yeni avtomobil yollarının və tunellərin inşası Laçının digər bölgələrlə əlaqəsini asanlaşdırır. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə rayonun və bütövlükdə Qarabağın beynəlxalq nəqliyyat imkanlarını genişləndirərək bölgənin əhəmiyyətini daha da artırır. “Həkəriçay” su anbarı layihəsi də rayonun su təminatı, kənd təsərrüfatı və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Laçının bərpasında əsas məqsədlərdən biri doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışını təmin etməkdir. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri ilə yanaşı, Zabux, Sus və Bəylik kəndlərində də yeni yaşayış məhəllələri salınıb və sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bununla Laçın təkcə yenidən qurulmur, həm də öz sakinlərinin iştirakı ilə yeni həyatına qovuşur.
Laçının təbii gözəllikləri və zəngin turizm potensialı da diqqət mərkəzindədir. Dağları, meşələri, çayları və bulaqları ilə seçilən rayon yerli sakinlərin və turistlərin istirahəti üçün əlverişli məkana çevrilir. Turizm obyektlərinin yaradılması, istirahət komplekslərinin istifadəyə verilməsi Laçının iqtisadi və turizm potensialının inkişafına yeni imkanlar açır.
Laçının mədəni əhəmiyyəti də getdikcə artır. Şəhərin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması onun regionda və beynəlxalq müstəvidə mədəni əhəmiyyətinin göstəricisidir. Bu status Laçının tarixi-mədəni irsinin tanıdılması və şəhərdə mədəni tədbirlərin keçirilməsi baxımından mühüm imkanlar yaradıb.
Prezident İlham Əliyevin azad olunmuş Laçına çoxsaylı səfərləri rayonun bərpası və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərir. Dövlət başçısının səfərləri zamanı mühüm infrastruktur, enerji, sosial və turizm layihələrinin təməli qoyulub, bir sıra obyektlərin açılışı həyata keçirilib və sakinlərlə görüşlər keçirilib.
Bu gün Laçın işğalın deyil, azadlığın, quruculuğun və Böyük Qayıdışın simvoludur. 26 Avqust – Laçın şəhəri günü həm tarixi Qələbənin, həm doğma torpaqlara qayıdışın, həm də yenidən qurulan Laçının yeni həyatının rəmzi kimi böyük əhəmiyyət daşıyır. Laçının sürətli inkişafı göstərir ki, azad edilmiş ərazilərimiz qısa müddətdə müasir, dayanıqlı və firavan yaşayış məkanlarına çevrilir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri