Icma.az
close
up
RU
Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda hərbi münaqişə baş verərsə, ölkə əhalisi üçün qaçış yolları ciddi problemə çevrilə bilər. Coğrafi yaxınlıq və etnik-dini əlaqələr insanları ilk növbədə qonşu ölkələrə yönləndirə bilər. Ən çox ehtimal olunan istiqamət Türkiyədir. Eyni zamanda, zəngin iqtisadi imkanlar və iş imkanları səbəbindən Ərəb ölkələri — BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt — qaçqınlar üçün cəlbedici seçim ola bilər. Bəzi insanlar isə coğrafi və etnik yaxınlıq səbəbindən Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi Mərkəzi Asiya ölkələrinə yönələ bilər. Əgər savaş olarsa, bu vəziyyət region ölkələrinin qaçqın siyasətini və humanitar hazırlığını da ciddi şəkildə sınayacaq.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, praktika göstərir ki, əgər bir ölkənin ərazisində hərbi münaqişə baş verirsə, həmin ölkədən axın edən qaçqın və sığınacaq axtaran şəxslər ilk əvvəl qonşu ölkələrdə məskunlaşırlar: “Məskunlaşmaq üçün müəyyən imkanlar yaradıldığı təqdirdə müvəqqəti qalır, münaqişənin bitməsini gözləyirlər və ya həmin ölkənin ərazisindən digər ölkələrə axın edilər. Misal üçün; Suriyada münaqişə olan zaman çox böyük sayda qaçqın məhz Türkiyə istiqamətində hərəkət etdi və sonrakı mərhələdə də Türkiyə üzərindən Avropaya axın etməyə başladılar. O zaman Türkiyə onlar üçün böyük imkanlar yaratdı. Onların sayı kifayət qədər çox idi. Təqribən 5-6 milyon qaçqın, məhz Türkiyə ərazisində qaldılar və bu rəqəm zaman-zaman dəyişdi. İndi azalma var. Çünki böyük bir hissəsi Əfqanıstandan olan qaçqınlar Əfqanıstana qayıtdı. Eyni zamanda Suriyadan olan qaçqınların 1,5 milyona qədəri Suriyaya qayıtmış oldu. Bu gün Türkiyə ərazisində 3,5 milyon qaçqın olduğu deyilir”.

Azər Allahverənov

“Təxmin etmək olar ki, İranda hər hansı bir münaqişə baş verərsə, qaçqınlar və sığınacaq axtaran şəxslər qonşu ölkələrə ərəb ölkələrinə üz tuta bilərlər. Burada Fars körfəzi ölkələrinə üz tutmaqla yanaşı, eyni zamanda Türkiyə və Türkiyə istiqaməti üzərindən Avropaya, həmçinin digər istiqamətlərdə də axınları ola bilər.

Burada təbii ki, miqrasiya axınlarını proqnozlaşdırmaq bəzi hallarda bir az asan görünəcək bir məsələdir. Amma eyni zamanda bunu da bir növ mürəkkəbləşdirən digər amillər var. Axın olunan ölkənin qanunvericiliyi, oradakı imkanlar, sosial dəstək proqramları və digər məsələlər istər-istəməz miqrantlar üçün, xüsusilə də münaqişədən qaçan şəxslər üçün bir növ cəlbedici olur. Misal üçün; Rusiya Ukrayna müharibəsi baş verən zaman Ukraynada çox böyük sayda qaçqının ilkin vaxtlar Moldova, Rumıniya və Polşaya hərəkət etdiyini gördük. Amma sonrakı mərhələdə Moldovaya gedənlərin böyük bir qismi Almaniya istiqamətində, o cümlədən Rumıniyadan olan ukraynalı qaçqınların Almaniyaya hərəkət etdiyinə şahid olduq. Çünki Almaniya hökuməti Ukraynadan olan qaçqınlarla bağlı xüsusi bir proqramlar işə saldı, xüsusilə də üç illik dəstək proqramları və digər məsələlər. Nəticə etibarilə ilkin dalğanın təyinat ölkəsi kimi qonşu ölkələrin seçildiyini biz gördük. Amma sonrakı mərhələdə həmin dalğanın daha da geniş yayıldığını və xüsusilə də Almaniya, Fransa və digər ölkələrə üz tutduğunu gördük. Bu da onu göstərir ki, sığınacaq axtaran şəxslər hər zaman axtarışda olurlar və harda onların məskunlaşması üçün uyğun bir şərait varsa, o imkanlardan istifadə edirlər”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Fevral 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri