Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Tahir Salahovun ev-muzeyində “Arts Council Azerbaijan” təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə həyata keçirdiyi “START” layihəsi çərçivəsində sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi iştirakçıların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafını təmin etmək və incəsənət mühitinə inteqrasiyasını asanlaşdırmaqdır.
Tədbiri “Arts Council Azerbaijan”ın təsisçisi Dadaş Məmmədov açaraq layihənin məqsəd və imkanları haqqında ətraflı məlumat verib, sərginin keçirilməsinə imkan yaratdığı üçün Tahir Salahovun ev-muzeyinə, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təşəkkürünü bildirib.
Layihənin prioritetləri arasında gənclərin incəsənətin təbliğində rolunun artırılması, yaradıcılıq təşəbbüslərinin stimullaşdırılması və müasir incəsənət proseslərinə aktiv cəlb olunması üçün şərait yaradılması da yer alır.
Sərgidə təqdim olunan əsərlər janr və üslub müxtəlifliyi ilə seçilib. Bu çoxşaxəlilik gənc müəlliflərin yaradıcılıq azadlığını, fərdi bədii dil axtarışlarını və yeni özünüifadə yollarını göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Fevral 2026 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















