Icma.az
close
up
RU
27 üzv dövləti olan Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır BAKIDA AVROPA GÜNÜ QEYD EDİLİB

27 üzv dövləti olan Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır BAKIDA AVROPA GÜNÜ QEYD EDİLİB

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünən Bakıda Avropa İttifaqının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Avropa Günü -2025  keçirilib.

Gununsesi.info-nun xəbərinə görə,  Avropa İttifaqına üzv ölkələrin səfirlərinin, siyasi partiya liderlərinin və media təmsilçilərinin qatıldığı tədbirdə çıxış edən Aİ-nin ölkəmizdəki səfiri Peter Mikalko  deyib ki,  onlar sülh və firavanlığın yetmiş beş ilini qeyd edir:

“Bu, qurucu xalqların və ölkələrin ümumi iradəsi sayəsində mövcud olan Avropa İttifaqıdır. Lakin Avropanın iddiası daha böyükdür. O bütün dünyada rifah və təhlükəsizliyin etibarlı tərəfdaşıdır.

Bugünkü tədbir Ali Nümayəndəmiz, Vitse-Prezident Kaja Kallasın bir neçə gün əvvəl Bakıya baş tutan çox mühüm səfəri fonunda Avropa İttifaqı və Azərbaycan münasibətlərinə marağın yenidən artdığı bir zamanda keçirilir.

Azərbaycan üçün Avropa İttifaqı hər zaman yaxın tərəfdaş olub və son otuz ildə Azərbaycan güclü və nüfuzlu tərəfdaş kimi inkişaf edib. Siyasi liderlərimizin fikirləri üst-üstə düşür ki, tərəfdaşlığımız ənənəvi enerji və bağlantılar kimi sahələrdən kənara çıxaraq genişləndirilə bilər və onlar gücləndirilməlidir. Bu isə möhkəm təməldir. Ali Nümayəndə və Vitse-Prezident Kallas səfəri zamanı qeyd etdiyi kimi, bu, qarşılıqlı hörmət, o cümlədən Üzv Dövlətlərimizə, fundamental prinsiplərimizə, qanunun aliliyi və insan hüquqlarına hörmət əsasında inkişaf edəcək bir münasibətdir”.

Diplomat deyib ki, bunun üçün bir sıra alətlərimiz var:

”Ticarət və investisiya sahəsində, 450 milyon əhalisi və 27 Üzv Dövləti olan Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır. Daha sabit yeni sazişin imzalanması üçün davam edən danışıqlar, nəqliyyat və enerji sahələri üzrə dialoq, siyasi və təhlükəsizlik istiqamətində dialoq və yeni növ əməkdaşlıq, bütün bunlar ölkənin artan rolunu və bağlantılar sahəsində investisiyanın zəruri olduğunu göstərir. Azərbaycan enerji təchizatında Avropa üçün etibarlı tərəfdaşdır və biz yaşıl enerji sahəsində bu əlaqənin yeni istiqamətini inkişaf etdiririk.

Azərbaycan və Avropa İttifaqı çoxtərəfli münasibətlər prinsipi və qaydalara əsaslanan dünyagörüşü paylaşır. Sürətlə dəyişən və getdikcə daha çox parçalanan bu dünyada beynəlxalq nizamı və beynəlxalq qurumların xaos və ədalətsizliyə qarşı yeganə dayağ rolunu qorumaq və gücləndirmək daha vacib məsələ kimi görünür. Xüsusən də Rusiyanın və tək onun deyil “kobud güc” köhnə məktəb üsuluna əl atmaq cəhdlərinin artdığı zamanda bu, bizim tərəfdaşlığımızın təməl daşı olaraq qalmalıdır.

Avropa İttifaqı ən güclünün qanununu hər zaman qətiyyətlə rədd edib. Təəssüf ki, Rusiyanın genişmiqyaslı qanunsuz təcavüzündən Ukraynanın özünü cəsarətlə müdafiə etməsi ilə Avropa İttifaqının astanasında hələ də qızğın müharibə gedir. Biz Ukraynaya humanitar, hərbi və maliyyə dəstəyimizi davam edəcəyik. Bu baxımdan, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək üçün çox minnətdarıq”.

Pərviz Həşimli
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri