Icma.az
close
up
RU
Bakıda Avropa Günü qeyd edilib

Bakıda Avropa Günü qeyd edilib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatic korpusun rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirildikdən sonra çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tərəflər arasında münasibətlərdən söz açıb.

O bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər son otuz ildə möhkəmlənərək nüfuzlu tərəfdaşlıq səviyyəsinə yüksəlib:

“Dövrümüzün ən ciddi problemlərindən olan iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan ilə Avropa İttifaqının eyni mövqeni sərgiləməsi sevindirici haldır. Təmiz enerji, mobillik və su resurslarına çıxışın təşviqi həm uşaqlara qarşı mənəvi məsuliyyət, həm də iqtisadi imkan kimi qəbul edilir. Azərbaycanın 2024-cü ildə COP29-a uğurlu ev sahibliyi isə ölkənin bu sahədəki nüfuzlu mövqeyini bir daha təsdiqləyib”.

Səfir əlavə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşır. Eyni zamanda, minlardan təmizləmədə Azərbaycanın ən böyük dəstəkçisidir. Mixalko bildirib ki, bu, Azərbaycanda qeyd etdiyi sonuncu Avropa Günü tədbiridr və onun missiyası başa çatmaq üzrədir. Səfir Azərbaycanda çalışmaqdan, Aİ-ni təmsil etməkdən məmnunluğunu dilə gətirib.

Azərbaycan hökuməti adından çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizin enerji sektorunda etibarlı tərəfdaş və pan-Avropa qaz tədarükçüsü olduğunu qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq, xüsusilə enerji və kommunikasiya sahələrində ölkəmiz üçün prioritetdir. Müvafiq istiqamətlər üzrə tədbirlərin davamı olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da ölkədə iqtisadiyyatın dayanıqlığının daha da gücləndirilməsini nəzərdə tutur.

“Prezident İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbulu zamanı vurğuladığı kimi, Azərbaycan qaz təchizatının coğrafi miqyası baxımından Avropaya qaz tədarük edən əsas ölkələrdəndir. Hazırda Azərbaycan təbii qazını 12 ölkəyə ixrac edir. Onlardan 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Bu isə önəmli göstəricidir”, - Axundov əlavə edib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri