Icma.az
close
up
RU
28 May: müstəqilliyə aparan şərəfli yol ŞƏRH

28 May: müstəqilliyə aparan şərəfli yol ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız öz müstəqil dövlətini quraraq tarixdə yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi dünya tarixində mühüm yer tutdu. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün Şərq aləmi üçün böyük əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə olaraq müsəlman Şərqində xalq hakimiyyətinə əsaslanan demokratik dövlət yaradılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddətdə mühüm dövlətçilik addımları atdı. Dövlət atributları – üçrəngli bayraq, gerb və himn qəbul edildi, milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan olundu. Həmçinin qadınlara seçki hüququnun verilməsi, təhsil sahəsində aparılan islahatlar, Bakı Dövlət Universitetinin yaradılması kimi mühüm qərarlar ölkənin demokratik inkişafının göstəricisi idi. Bu addımlar sübut edirdi ki, Azərbaycan xalqı müasir və demokratik dövlət qurmaq əzmindədir.
Lakin mürəkkəb siyasi vəziyyət və xarici təzyiqlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü olmadı. 1920-ci ildə ölkəmiz sovet işğalına məruz qaldı və müstəqilliyini itirdi. Buna baxmayaraq, xalqımızın azadlıq ruhu heç vaxt sönmədi. Azərbaycan xalqı daim müstəqillik arzusu ilə yaşadı və nəhayət, 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etdi.
Ancaq müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir çətin zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət quruculuğu prosesi möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Ulu Öndər Heydər Əliyev müstəqilliyin əhəmiyyətini belə ifadə etmişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu dəyərli fikir müstəqilliyin yalnız qazanılmasının deyil, onun qorunmasının və möhkəmləndirilməsinin də nə qədər vacib olduğunu göstərir. Məhz Heydər Əliyevin siyasi iradəsi və xalqına bağlılığı sayəsində Azərbaycan müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoydu.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, iqtisadi və siyasi baxımdan regionun lider dövlətinə çevrilmişdir. Xüsusilə 2020-ci ildə əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müqəddəs bayrağımızın Qarabağda dalğalanması dövlətçilik tariximizin ən böyük qələbələrindən biridir.
Prezident İlham Əliyevin dediyi kimi: “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra da əbədi yaşayacağıq.” Bu sözlər Azərbaycan xalqının gücünü, birliyini və müstəqilliyə sarsılmaz bağlılığını əks etdirir. Bu gün hər bir azərbaycanlı öz dövlətinin gücü ilə qürur duyur və gələcəyə böyük inamla baxır.
Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Dövlətimizin əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı nüfuz və xalqımızın həmrəyliyi göstərir ki, Azərbaycan əbədi müstəqil olacaq, üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaqdır.

Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 May 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri