Icma.az
close
up
RU
28 May Dövlətçilik təfəkkürünü nümayiş etdirən şərəfli mərhələ

28 May Dövlətçilik təfəkkürünü nümayiş etdirən şərəfli mərhələ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq iradəsini və dövlətçilik təfəkkürünü nümayiş etdirən şərəfli mərhələlər vardır. Azərbaycan xalqı üçün belə unudulmaz və qürurverici məqam, şübhəsiz ki, 1918-ci il mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasıdır. Bu tarixi hadisə sadəcə bir təqvim dəyişikliyi deyil, xalqımızın əsrlər boyu qəlbində yaşatdığı müstəqillik ideallarının, milli ləyaqətinin və azadlıq eşqinin reallığa çevrildiyi möhtəşəm bir zirvə idi.

​​         “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması XIX əsrin sonlarından etibarən ölkədə baş qaldıran milli oyanış dalğasının birbaşa nəticəsi idi. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər qabaqcıl mütəfəkkirlərimiz xalqın milli mənlik şüurunu oyatmaq üçün misilsiz fədakarlıqlar göstərdilər. Onlar qəzet səhifələrində, teatr səhnələrində və açdıqları məktəblərdə təkcə savadsızlığa qarşı mübarizə aparmır, həm də azadlıq ideologiyasının fundamental əsaslarını hazırlayırdılar. Bu intellektual elitanın formalaşdırdığı milli rəy, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin elan edilməsi ilə özünün ən ali siyasi ifadəsini tapdı.

​         Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə həyata keçirilən islahatlar müasir dövlətçilik modelimizin təməl daşlarına çevrildi. Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, çoxpartiyalı və koalisiyalı parlamentin qurulması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təsisi və Milli Ordunun yaradılması kimi mühüm addımlar atıldı. AXC sübut etdi ki, Azərbaycan xalqı ən çətin geosiyasi şəraitdə belə öz müqəddəratını təyin etməyə, sivil və demokratik idarəetmə prinsiplərinə əsaslanan müstəqil dövlət idarə etməyə qadirdir.

​         ​1920-ci ildə xarici müdaxilə nəticəsində Cümhuriyyətin süqut etməsi xalqımızın azadlıq ruhunu sındıra bilmədi. XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən müasir Azərbaycan Respublikası özünü məhz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və hüquqi varisi elan etdi.

​         Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Cümhuriyyət dövrünün dövlət rəmzlərinə, xadimlərinə və bütövlükdə o dövrün irsinə dövlət səviyyəsində yüksək ehtiram və xüsusi diqqət göstərilməyə başlandı. Dahi rəhbər bu tarixi varislik əlaqəsini təkcə rəsmi qərarlarla deyil, xalqın milli yaddaşına həkk olunan siyasi iradəsi ilə möhkəmləndirdi. Müasir dövlətimizin qurucusu, ilk Cümhuriyyətin yaranma gününün bizim üçün daşıdığı ali mənaya və onun milli bayram kimi dəyərinə toxunaraq bildirirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının vaxtilə əkdiyi müstəqillik toxumları, bu gün Cənubi Qafqazın lideri olan, iqtisadi və hərbi qüdrəti ilə dünyaya səs salan müasir Azərbaycan Respublikasında özünün ən möhtəşəm bəhrəsini vermişdir. 1918-ci ildə cəmi 23 ay yaşayan o kövrək müstəqillik, bu gün sarsılmaz təməllər üzərində ucalan və bir daha heç vaxt yıxılmayacaq bir dövlət çinarına çevrilmişdir.

​         Ulu Öndər Heydər Əliyevin dühası ilə qorunub saxlanılan, möhkəmləndirilən dövlətçilik xəttimiz və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Tarixi Zəfər, Cümhuriyyət fədaillərinin ruhunu şad edən ən böyük hadisədir. Bu gün ilk Cümhuriyyətimizin bizə miras qoyduğu, istiqlalımızın rəmzi olan üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilmiş doğma torpaqlarımızda — Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanmaqdadır. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil, həm də əsrin əvvəlində yarımçıq qalmış milli arzuların, dövlətçilik ideallarının tam və qəti qələbəsidir.

​        

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 May 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri