Icma.az
close
up
RU
28 nəfəri aldadıb, birdəfəyə 20 min alırmışlar: Vergi ödəməmək üçün pulu əlbəəl istədilər

28 nəfəri aldadıb, birdəfəyə 20 min alırmışlar: Vergi ödəməmək üçün pulu əlbəəl istədilər

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"AZ İNTEKST" MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri - Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səfa Mustafayev ifadə verib.

O bildirib ki, elektrik ustası olub, Telman Fətəliyevi tanıyıb. Onun sözlərinə görə, Telmanla əlaqədə olaraq, onların tapdıqları evlərdə təmir işlərini görüblər.

S.Mustafayevin sözlərinə görə, usta kimi işləsələr də, onların pulları verilməyib:

"Biz müqavilə şərtləri ilə iş görmüşük. Amma rəsmi müqavilə olmayıb. Telman müəllimlə sözləşmişik, işləri görmüşük. Mən elektrik işini görmüşəm. Bizim narazılığımız olmayıb, amma gördüyümüz işin pulları gecikdirilirdi".

Digər şahid Orxan Bədəlov bildirib ki, 2021-ci ilin aprel ayının əvvəlində sosial şəbəkədə MMC-nin reklamını görüb, reklamda təmir işlərində endirimlər olduğu qeyd olunub və o da bundan yararlanmaq istəyib:

"Buna görə də onlarla görüşdük, müqaviləni oxudum. Həmin gün 19 min, səhəri gün 20 min manat verdim. Mayın 1-də işə başlayacaqdılar. Lakin başlamadılar. Sənan müxtəlif bəhanələr gətirdi. Dedi ki, hüzrüm düşüb, uşağın qolu sınıb. Sonradan Telman bir qrup fəhlə ilə gəldi. Evdə işə başladılar, həftədə bir usta gəlirdi. Sonra Sənanla, Telmanla danışdım, bəhanələr gətirdilər. Beş ay müddətinə təmir işlərinə söz verdilər. Amma iş uzandı. Bizə ziyan dəyib. Sonradan onların etdiklərini təmizlədim, işi yenidən gördüm. Mənə ikiqat ziyan dəyib. Amma 20 min manatını istəyirəm, qalanını istəmirəm. Mənim yoldaşım bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Bizə dəymiş ziyanın ödənilməsini istəyirik".

Orxan Bədəlov bildirib ki, mənzillərini sonradan özləri təmir etdiriblər, bu şəxslər onların evlərində heç bir iş görməyiblər:

"Sənanın qardaşı Kənanı tanımışam. Bir yerdə Rusiyada olmuşuq. Kənanın vasitəsilə Sənanı tanımışam".

Şahid qismində ifadə verən Cavid Qəhrəmanov bildirib ki, zərərçəkmiş qismində tanınmış Rəşid Qəhrəmanovu tanıyıb.

Onun sözlərinə görə, sosial şəbəkədə təmir işləri ilə məşğul olan şəxslərin yerləşdirdikləri elan qarşısına çıxıb:

"Orada endirimli təmir işləri ilə məşğul olduqlarıını gördüm. Əlaqə saxladım və şirkətlərinin ofisinə getdim. Orada mənə dedilər ki, mənzili beş ay ərzində təmir edəcəklərinə söz verirlər, Qurban bayramı ilə əlaqədar da təmir işlərində endirim var. Mən də razılaşdım. Bildirdilər ki, vergi ödəməmək üçün pulu əlbəəl istəyirlər. Mən də işim getsin deyə razılaşdım, pulu onlara verdim. Sonra iş gecikdi. Sənana zəng etdim. Dedi ki, mən dövlət tədbirindəyəm, Telmanla əlaqə saxla, bu işin üstündə Telman dayanacaq. Telman da işi Kənanın görəcəyini dedi. Gördüm ki, bunlar iş görmək istəmirlər. Valideynlərimə bu barədə məlumat verdim. Sonra ödənişi geri qaytarmaq üçün əlaqə saxlasaq da, əlaqə qura bilmədik. Güclə sonradan onlarla görüşə bildik. Dedik ki, pulu qaytarın, yoxsa polisə şikayət edəcəyik. Sənan dedi ki, biz hər pulu qaytarsaq, nə olardı, biz heç bir pulu qaytaran deyilik, bizim arxamızda dayanan var. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət etdik. Sənanla görüşdük, dedi ki, polisə, prokurorluğa şikayət edibsiniz, onlar sizin pulu qaytarandırlar? Beləcə söhbət uzandı, iş məhkəməyə qədər gəldi. Bizim pulumuzu ələ keçiriblər. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm".

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçiriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş şəxslərdən biri - Əli Nuriyev Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan baş leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi, 1-də yerləşən mənzilini təmir etdirmək məqsədilə 2021-ci ilin iyunun 11-də özünü "AZ İNTEKST" MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri