Icma.az
close
up
RU
Üç ildir elektromobildə gecələyir Kirayə pulu ödəməmək üçün

Üç ildir elektromobildə gecələyir Kirayə pulu ödəməmək üçün

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

38 yaşlı çinli proqramçı Yin artıq demək olar ki, üç ildir ki, Pekin şəhərində kirayə mənzilə pul xərcləməmək üçün elektromobildə gecələyir. Avtosfer.az xəbər verir ki, İT mütəxəssisi avtomobilin salonunu yataq və mətbəxlə təchiz olunmuş rahat mənzilə çevirib və həyatından tam razıdır, yalnız tualet tapmaq çətin olanda narahatlıq yaşayır. Yin özü Tyançzin şəhərində həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır. O bildirir ki, proqramçılar üçün Tyançzində iş imkanları məhduddur, bu səbəbdən də həftə içi Pekində işləyir. Hər bazar ertəsi səhər saat 5:30-da yola çıxır və 130 kilometr məsafəni qət edərək paytaxta gəlir, cümə axşamı və ya cümə günü isə evə qayıdır. Əvvəllər o, Pekində ayda 2500 yuan (təxminən 350 ABŞ dolları) ödəyərək mənzil kirayələyirdi. 2022-ci ilin ortalarında isə geniş salonlu bir elektromobil alaraq, artıq onda gecələməyə qərar verib. Avtomobilin markası göstərilməsə də, ön paneldə iki ekran və tavanda qatlanan televizor olan salonun şəkilləri, onun Lixiang brendinin ardıcıl-hibrid krossover modellərinə bənzədiyini göstərir. Yin adətən avtomobili parkların yaxınlığında saxlayır, səhərlər gəzişir, yeməkləri elektrik plitəsində bişirir, axşamlar isə televizora baxır, karaoke oxuyur, ailəsi ilə danışır və bəzən proqram yazır. Saat 23:00-dan gec yatmır. Yayda o, avtomobilə quraşdırdığı su çəni ilə hər gün duş qəbul edir, qışda isə həftədə bir dəfə bir gecəlik evə qatarla qayıdır (bileti 100 yuan, yəni 14 dollar). Avtomobil yolları üçün aylıq ödəniş 400 yuan (təxminən 58 dollar), batareyanın enerji yığması isə 300 yuan (təxminən 42 dollar) təşkil edir. Onun sözlərinə görə, avtomobil kifayət qədər genişdirsə və yaxınlıqda enerji doldurma stansiyaları varsa, bu cür həyat otel şəraitindən geri qalmır. Həftə sonları isə Yin ailəsi ilə birlikdə təbiət yürüşlərinə çıxır və həmin vaxtlar da elektromobildə gecələyirlər ("Bizim.Media").

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri