Icma.az
close
up
RU
Vergi ödəməmək üçün pulu əlbəəl istədilər 28 nəfərə pul atan şirkət rəhbəri və işçiləri hakim qarşısında

Vergi ödəməmək üçün pulu əlbəəl istədilər 28 nəfərə pul atan şirkət rəhbəri və işçiləri hakim qarşısında

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

“AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səfa Mustafayev ifadə verib. O bildirib ki, elektrik ustası olub, Telman Fətəliyevi tanıyıb. Onun sözlərinə görə, Telmanla əlaqədə olub və onların tapdıqları evlərdə təmir işlərini görüblər. Onun sözlərinə görə, usta kimi işləsələr də, onların pulları verilməyib.: "Biz müqavilə şərtləri ilə iş görmüşük. Amma rəsmi müqavilə olmayıb. Telman müəllimlə sözləşmişik, işləri görmüşük. Mənim işim elektrik işini görməkdən ibarət olub. Bizim narazılığımız olmayıb, amma gördüyümüz işin pulları gecikdirilirdi".

Digər şahid Orxan Bədəlov bildirib ki, 2021-ci ilin aprel ayının əvvəlində sosial şəbəkədə MMC-nin reklamını görüb, təmir işlərində təmir işlərində endirimləri var, onların iş görməsindən yararlanmaq istəyib: "Buna görə də onlarla görüşdük, müqaviləni oxudum. Həmin gün 19 min, səhəri gün 20 min manat verdim. Mayın 1-də işə başlayacaqdılar. Lakin bağlamadılar. Sənan müxtəlif bəhanələr gətirdi. Dedi ki, hüzürüm düşüb, uşağın qolu sınıb. Sonradan Telman bir qrup fəhlə ilə gəldi. Evdə işə başladılar həftədə bir usta gəlirdi. Sonra Sənanla, Telmanla danışdım. Bəhanələr gətirdilər. 5 ay müddətinə təmir işlərinə söz verdilər. Amma iş uzandı. Bizə ziyan dəyib. Sonradan onların işini təmizlədim, işi gördüm. Mənə ikiqat ziyan dəyib. Amma 20 min manatını istəyirəm, qalanını istəmirəm. Mənim yoldaşım bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Bizə dəymiş ziyanın ödənilməsi istəyirik".

Orxan Bədəlov bildirib ki, mənzillərin sonradan özləri təmir etdiriblər, bu şəxslər onların evlərində heç bir iş görməyiblər: "Sənanın qardaşı Kənanı tanımışam. Bir yerdə Rusiyada olmuşuq. Kənanın vəsaitəsi ilə Sənanı tanımışam".

Şahid qismində ifadə Cavid Qəhrəmanov bildirib ki, zərərçəkmiş qismində tanınmış Rəşid Qəhrəmanovu tanıyıb. Onun sözlərinə görə, mənzillərini təmir etdirmək üçün sosial şəbəkədə təmir işləri ilə məşğul olan şəxslərin yerləşdirdikləri elan qarşısına çıxıb: "Orada olan endirimli təmir işləri ilə məşğul olduqlarıını gördüm. Əlaqə saxladım və şirkətlərin ofisinə getdim. Orada mənə dedilər ki, mənzili 5 ay ərzində təmir edəcəklərinə söz verirlər, dedilər ki, Qurban bayramı ilə əlaqədər təmir işlərində endirim var. Mən də razılaşdım. Mənə dedilər ki, vergi ödəməmək üçün pulu əlbəəl istədilər. Mən də içim getdin deyə razılaşdım, pulu onlara verdim. Sonra iş geçidki. Sənana zəg etdim. Dedi ki, mən dövlət tədbirdirimdəyəm, Telmanla əlaqə saxla, bu işin üstündə Telman dayanacaq. Telman da işi Kənanın görəcəyini dedi. Mən gördüm ki, bunlar işə görmək istəmirlər. Valideynlərimə bu barədə məlumat verdim. Sonra ödənişi geri qaytarmaq üçün əlaqə saxlasaq da, əlaqə qura bilmədik. Güclə sonradan onlarla görüşə bildik. Dedik ki, pulu qaytarın, yoxsa polisə şikayət edəcəyik. Sənan dedi ki, biz hər pulu qaytarsaq nə olardı, biz heç bir pulu qaytaran deyilik, bizim arxamızda dayanan var. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət etdik. Sənanla görüşdük, dedi ki, polisə, prokurorluğa şikayət edibsiz, onlar sizin pulu qaytarandılar? Beləcə söhbət uzandı, iş məhkəməyə qədər gəldi. Bizim pulumuzu ələ keçiriblər. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm".
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçiriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərşəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see264

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see175

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri