Icma.az
close
up
RU
299 dollara telefon cihazları: Xəyal, yoxsa reallıq?

299 dollara telefon cihazları: Xəyal, yoxsa reallıq?

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Bu yaxınlarda Tesla şirkətinin telefonlarının 299 dollara satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, telefon günəş enerjisi ilə qidalanır və peyk bağlantılı pulsuz internet üstünlüklərinə malikdir.

Texnobloger Fərid Pərdəşünas Teleqraf.com-a açıqlamasında bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Feyk xəbərlərdir, elə telefonlar mövcud deyil. Tesla telefonlarının olması hələki planda yoxdur”.

Qeyd edək ki, xəbər həm dünya, həm də ölkə mətbuatında yayılıb. Hərçənd İlon Mask da daha öncəki açıqlamalarında bu barədə ümidverici danışmamışdı.

Ötən ayın əvvəllərində Co Roqanın podkast proqramına qonaq olan Mask ortaya atılan “Tesla telefonu” şayiələrinə cavab olaraq şirkətin smartfon bazarına daxil olmağı planlaşdırmadığını bildirib və əlavə edib:

"Xeyr, biz telefon hazırlamırıq. Bunu etmək gücündəyik, amma ehtiyac olmadıqca bu, başa çatdırmaq istədiyimiz bir şey deyil."

Əslində söhbətin bununla da bağlanacağı ehtimal olunurdu. Ardınca bir çox sosial media platformaları milyarderin peyk bağlantısı olan Tesla telefonları ilə bağlı “299 dollarlıq Tesla telefonu iPhone-un sonu olacaq” açıqlamasını tirajlamağa başladılar.

Xəbərdə həmin telefonun qlobal peyk internet bağlantısı olduğunu, günəş enerjisi ilə qidalandığı və avtomobilə, evə problemsiz nəzarəti təmin edən telefon olması barədə məlumatlar da yer alırdı.

Təbii ki, qeyd olunan göstəricilər çox yaxşıdır və bu da hələlik üzə çıxmayan telefona rəğbəti artırır. Üstəlik belə bir qiymətə təqdim olunması…

Məlumat paylaşmaq və saxta xəbərləri yoxlamaq üçün Meta (Facebook) və TikTok ilə əməkdaşlıq edən “PolitiFact” saytı 299 dollarlıq Tesla telefonunu ifşa edib.

"Cənab Maskın bunu dediyi iddiasını təsdiq edəcək mənbə tapmadıq. Cənab Maskın Tesla telefonunu elan etməsi xəbərini yalan hesab edirik ", deyə “PolitiFact” təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see140

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see126

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see117

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri