Icma.az
close
up
RU
Marsa səyahət realdır, yoxsa xəyal?

Marsa səyahət realdır, yoxsa xəyal?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mars son illərdə yalnız astronomların deyil, siyasətçilərin, investorların və milyonlarla insanın diqqət mərkəzinə çevrilib. Bir tərəfdən, kosmik texnologiyalardakı sürətli inkişaf insanın "Qırmızı planet"ə ayaq basacağı günü yaxınlaşdırır. Digər tərəfdən, alimlər Marsın insan həyatı üçün son dərəcə sərt mühit olduğunu və orada uzunmüddətli yaşamağın hələ də həllini gözləyən çoxsaylı problemlərlə müşayiət olunduğunu bildirirlər.

NASA və Avropa Kosmik Agentliyinin (ESA) hesabatlarına görə, Marsa uçuşun ən ciddi problemlərindən biri kosmik radiasiyadır. Yer kürəsi insanları Günəşdən və dərin kosmosdan gələn yüksək enerjili hissəciklərdən maqnit sahəsi vasitəsilə qoruyur. Marsda isə belə təbii müdafiə sistemi yoxdur. Bu səbəbdən uzunmüddətli uçuş və yaşayış zamanı radiasiyanın insan sağlamlığına təsiri əsas risk faktorlarından hesab edilir.

Mövzu ilə bağlı NASA-nın kosmik uçuş sistemləri üzrə aparıcı elektrik mühəndisi Atilla Əsgərovun fikrincə, yaxın onilliklərdə Marsda genişmiqyaslı məskunlaşma real görünmür:

– Marsa insan göndərmək texniki baxımdan mümkündür və bunun yaxın gələcəkdə baş verməsi ehtimalı böyükdür. Lakin orada təhlükəsiz və davamlı həyat qurmaq tamamilə başqa məsələdir. Radiasiya, enerji təminatı, suyun əldə olunması, qida istehsalı və texniki sistemlərin fasiləsiz işləməsi kimi problemlər hələ tam həll edilməyib. Texnologiyalar riskləri azalda bilər, amma onları tam aradan qaldırmaq mümkün deyil.

Mühəndisin sözlərinə görə, Mars missiyalarında əsas maneə raket texnologiyaları deyil:

– Bu gün Marsa çatacaq kosmik gəmiləri hazırlamaq mümkündür. Əsas problem planetdə uzunmüddətli yaşayış üçün etibarlı infrastrukturun qurulmasıdır. İnsanları ora aparmaqdan daha çətin məsələ onların orada yaşamasını təmin etməkdir.

Mars layihələrinə skeptik yanaşanlar hesab edirlər ki, "Qırmızı planet" ətrafında formalaşdırılan böyük ictimai maraq, müəyyən mənada, kommersiya məqsədlərinə də xidmət edir. Son illərdə kosmik şirkətlər tərəfindən hazırlanmış texnologiyalar təkcə gələcək Mars missiyalarında deyil, Yer kürəsində də tətbiq olunur. Suyun təkrar emalı sistemləri, yüksək effektiv günəş panelləri və yeni materiallar buna nümunədir.

Atilla Əsgərov da məsələyə iki aspektdən yanaşır:

– İnsanlığın gələcəyini düşünəndə başqa planetlərdə yaşayış imkanlarının araşdırılması məntiqlidir. Lakin Marsın yaxın gələcəkdə bəşəriyyətin "B planı" kimi təqdim olunması müəyyən qədər şişirdilmiş görünür. Hazırda Yer üzündəki problemləri həll etmək Marsda yeni həyat qurmaqdan daha asan və daha ucuzdur. Buna baxmayaraq, belə layihələr elmi inkişafı sürətləndirir və yeni texnologiyaların yaranmasına təkan verir.

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev isə Mars proqramlarının yalnız texnoloji və ya kommersiya layihəsi kimi qiymətləndirilməsinin doğru olmadığını düşünür:

– İnsan həmişə yaşadığı sərhədləri aşmağa çalışıb. Coğrafi kəşflər dövründə okeanlar necə öyrənilirdisə, bu gün də kosmos öyrənilir. Mars missiyaları təkcə bir planetə uçuş deyil, insan sivilizasiyasının inkişaf mərhələsidir. Kainatın öyrənilməsi bəşəriyyət üçün strateji elmi zərurətdir. Professorun fikrincə, Mars layihələrinin arxasında böyük maliyyə maraqları olsa da, onların əsas məqsədi elmi tərəqqidir:

– Bu gün bir çox fundamental elmi layihələrin maliyyələşdirilməsi üçün özəl kapitalın dəstəyinə ehtiyac yaranır. İlon Mask kimi investorların bu sahəyə marağı da məhz bununla bağlıdır. Lakin bunu yalnız reklam kampaniyası kimi təqdim etmək düzgün olmazdı. Kosmik tədqiqatlar gələcək texnologiyaların formalaşmasında mühüm rol oynayır.

Alim Mars missiyalarında psixoloji amillərin də ciddi rol oynadığını vurğulayır:

– Radiasiya vacib problemdir, amma yeganə problem deyil. İnsanların aylarla tam təcrid olunmuş mühitdə yaşaması, qrupdaxili münasibətlər, emosional gərginlik və tibbi risklər də nəzərə alınmalıdır. Mars missiyası insan psixologiyasının sərhədlərini yoxlayan ən mürəkkəb layihələrdən biri olacaq.

NASA-nın son illərdə açıqladığı araşdırmalar da göstərir ki, Ay proqramları Marsa gedən yolun əsas mərhələsi hesab olunur. Məhz buna görə hazırda əsas diqqət "Artemis" proqramına yönəldilib. Ayda yaradılacaq yaşayış modulları, enerji sistemləri və yerli resurslardan istifadə texnologiyaları gələcək Mars ekspedisiyalarının sınaq meydanı olacaq.

Atilla Əsgərov da bu yanaşmanı bölüşür:

– Yaxın onilliklərdə ən real hədəf Aydır. Ora daha yaxındır, fövqəladə hallarda geri qayıtmaq mümkündür və əldə olunacaq təcrübə Mars missiyaları üçün əvəzsizdir. Düşünürəm ki, yaxın gələcəkdə əsas maliyyə və texnoloji resurslar Ay proqramlarına yönələcək.

Maraqlıdır ki, Azərbaycan da kosmik tədqiqatlar sahəsində müəyyən potensiala malikdir. Professor Əyyub Quliyevin sözlərinə görə, ölkəmizdə formalaşmış elmi məktəblər gələcək beynəlxalq layihələrdə iştirak edə bilər:

– Azərbaycanın kosmik tədqiqatlar sahəsində zəngin ənənələri mövcuddur. Şamaxı Astrofizika Rəsədxanası, digər elmi institutlar və "Azərkosmos" kimi qurumlar gələcək beynəlxalq layihələrə töhfə vermək imkanına malikdirlər.

Beləliklə, mütəxəssislərin fikirləri göstərir ki, Marsa uçuş artıq fantastika deyil. Lakin Marsda yaşamaq hələ də elmin və texnologiyanın qarşısında duran ən mürəkkəb problemlərdən biridir. Bəşəriyyətin yaxın gələcəkdə əsas kosmik laboratoriyası Ay olacaq. Mars isə hələlik həm böyük elmi məqsəd, həm də insan təxəyyülünü hərəkətə gətirən ən cəlbedici hədəf olaraq qalır.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri