Icma.az
close
up
RU
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri ARAŞDIRMA

3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. İlk məhkəmə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində keçirilib. Digər məhkəmə isə sentyabrın 22-nə təyin olunub.

Bank ictimai qınağa, tənqidlərə rəğmən şikayətini geri çəkməyib. Hətta bank işçilərindən biri qazinin tək yaşayan anasına qarşı, - “borcu ödəyin ki, oğlunuzu o dünyada inkir-minkir narahat etməsin”,-deyə utancverici və biabırçı cümlə də işlədib.

Maraqlısı budur ki, Vətən Müharibəsi iştirakçısının anası ilə 3 100 manatın “davasını döyən” bank hər il milyonlarla mənfəət əldə edir.
 

MÖVZU İLƏ BAĞLI:
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB - “Borcu ödəyin, oğlunuz rahat yatsın” – FOTO

Bizim.Media bankın son 5 ildəki mənfəətini araşdırıb.
2020

“Bank of Baku”nun 2020-ci ildəki aktivləri 28 mln. 469 min manat artaraq 409 mln. 563 min manata yüksəlib. Bankda yerləşdirilən depozitlər 10 mln. 263 min manat artaraq 193 mln. 485 min manata çatıb.

“Bank of Baku” cəmi kapitalını 2020-ci ilin sonunda 76 mln. 398 min manat olaraq tamamlayıb.

Bankın faiz gəliri 53 mln. 602 min manat, xalis faiz gəlirləri 41 mln. 957 min manat olub. Qeyri-faiz gəlirləri 9 mln. 397 min manat olduğuna görə “Bank of Baku”nun əməliyyat mənfəəti 13 mln. 527 min  manata yüksəlib. Bankın sözügedən il üzrə xalis mənfəəti 15 milyon olub.

2021

2020-ci illə müqayisədə 2021-ci ildə bankın xalis mənfəəti 2,2 dəfə artıb. 2020-ci ildə 15 milyon manat xalis mənfəət əldə edən bank, 2021-ci ildə bu göstəricini 23 milyon 60 min manat milyon manata çatdırıb. 

Aktiv və öhdəlikləri əvvəlki ilin göstəriciləri ilə müqayisədə 20%-dən çox artaraq, uyğun olaraq 519,5 milyon manat və 402,2 milyon manat olub.

2022

Bank of Baku” ASC 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə bank 60% artıma nail olub.

2022-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 111 milyon 874 min manat (illik müqayisədə 44% çox) olub. Nəticədə bankın 34 milyon 98 min manatlıq əməliyyat mənfəəti yaranıb.

2023

“Bank of Baku” ASC 2023-cü ildə 25.5 milyon manat xalis mənfəət əldə etməklə, balansındakı bölüşdürülməmiş mənfəəti 76.95 milyon manata qalxıb.  2023-cü ildə "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 141 milyon 721 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 665 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 27 milyon 56 min manat təşkil edib.

"Bank of Baku"nın cəmi aktivləri 169 milyon 658 min manat və ya 24,2% artaraq 31 dekabr 2023-cü il tarixində 870 milyon 890 min manata çatıb. 

2024   

Bank il ərzində 25.9 milyon manat xalis mənfəət əldə edib ki, bu da keçən ilin müvafiq dövründəki 25.5 milyon manatlıq mənfəətlə müqayisədə artımdır. Cəmi faiz gəlirləri 152.7 milyon manat olmaqla bu 2023-cü ilin göstəricisindən (128.3 milyon manat) 19.0% çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 144.3 milyon manat təşkil edərək əsas paya sahib olub.

Qeyri-faiz gəlirləri illik  39.7% artımla 18.7 milyon manata yüksəlib.

2025

Bankın  2025-ci ilin birinci yarısında 14 milyon 135 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 126 min manat və ya 28,4% artıb.

Göründüyü kimi, bank son 5 illik müddəti yüksək xalis mənfəətlə yekunlaşdırıb. Söhbət 2-3 mindən yox, milyonlardan gedir. Yəni, 3 100 manatlıq krediti öz canını bu torpaq üçün fəda etməyə hazır olan, müharibədə iştirak edib sağlamlığını itirən qəhrəmana, sonda da faciəvi şəkildə həyatını itirənə bağışlamaq bu qədər çətin olmalı deyildi. Lakin bank təkcə bir rübdə 14 milyon qazanmasına rəğmən, qazinin anasını şikayət etmək, məhkəməyə verib onu incitmək yolunu daha üstün tutub.

Təəssüf ki, bunlardan ən uyğunsuzu isə Səbuhinin anasına qarşı göstərilən rəftar olub. Özünü bank işçisi kimi təqdim edən ortayaşlı vəkil öz borcunu layiqincə yerinə yetirmiş qəhrəmanın anası - Sevinc Məmmədovaya bildirib ki, 3 100 manatlıq borcu saxlamaq olmaz, yoxsa Səbuhini o dünyada “inkir-minkir” narahat edə bilər.

Qeyd edək ki, S.Məmmədova artıq digər məhkəmə prosesi barədə də məlumatlandırılıb. Sözügedən məhkəmə prosesi 22 sentyabr Şirvan Şəhər Məhkəməsində keçiriləcək.
Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri